Accessibility links

Hindistan hökuməti Kəşmirin xüsusi statusunu ləğv etdi


Hindistan hökuməti bazar ertəsi mübahisəli Kəşmirin on illərlə praktikada olan xüsusi muxtar statusunun ləğv edildiyini bəyan edib.

Hökumət bu açıqlamanı regiona çoxsaylı təhlükəsizlik qüvvələri yerləşdirməsindən sonra verib.

Hindistan hökumətinin atdığı birtəfərli addım regionun statusunu dəyişə bilməz.
Pakistan XİN

Hindistanın son addımı Pakistan hökuməti tərəfindən qəzəblə qarşılanır. Pakistan xarici işlər nazirliyi yaydığı bəyanatda Dehlinin bu addımını "kəskin qınadığını" bildirib.

Regionda gərginlik hökumət Hindistan Kəşmirinin üç yüksək səviyyəli rəsmisinı ev dustağı etməsindən və ziyarətçilərin evakuasiya edilməsi və təhlükəsizlik tədbirlərini gücləndirərək, bölgəyə əlavə 10 min yarı-hərbi qüvvə yeritməsindən sonra artıb.

Bazar günü gecə Kəşmirdə hərəkətin məhdudlaşdırılması, internetin fəaliyyətinin dayandırılması və təhsil ocaqlarının bağlanmasına dair əmr verilib. Əmrdə Kəşmirin paytaxtı Srinaqarda təhlükəsizlik tədbirlərininin qeyri-müəyyən müddətə qüvvədə qalacağı deyilir.

Hindistan polisi Amamath müqəddəs mağarasına aparan yolda keşik çəkir.
Hindistan polisi Amamath müqəddəs mağarasına aparan yolda keşik çəkir.

Rəsmilər cümə günü hindu zəvvarların illik ziyarətinə Pakistanın dəstəklədiyi militantların hücum planlaşdırdığını bəyan etməsindən sonra minlərlə turist və zəvvar Kəşmiri tərk etməli olub. İlk dəfə olaraq ziyarət təxirə salınıb.

Baş nazir Narendra Modi hökumətinin regionun digər xüsusi imtiyazlarını, o cümlədən ştat sakini olmayan insanların bölgədə əmlak almalarına qoyulan qadağanı ləğv edəcəyinə dair məlumatlar dolaşır.

Kəşmir Pakistanla Hindistan arasında bölünüb və hər iki ölkə bu əraziyə iddia edir. Kəşmir iki ölkə arasında baş vermiş üç müharibədən ikisinin başlıca səbəbi olub.

Şərhlərə bax

XS
SM
MD
LG