Accessibility links

Hindistan Kəşmirdəki hücuma görə Pakistanı günahlandırır


Kəşmirdə avtomobillə törədilən bomba hücumu barədə danışarkən Hindistanın baş naziri Narendra Modi terrorçuların və onları dəstəkləyənlərin böyük səhvə yol verdiklərini və bunun hesabını ağır ödəyəcəklərini deyib.

Terrorçular və onları dəstəkləyənlər böyük səhvə yol verdilər və bunun hesabını ağır ödəyəcəklər

Cənab Modi bu şərhini Kəşmirdəki bomba hücumu qurbanlarının anımına həsr edilmiş mərasim zamanı verib.

Pakistan Hindistanın onun cümə axşamı baş verən intiharçı hücumunun arxasında durduğu ittihamını rədd edib.

Pakistanda yerləşən İslamçı “Cayeş-i-Məhəmməd” qrupu içərisində partlayıcı maddə olan avtomobilin konvoy dəstəsinin üzərinə sürərək azı 40 nəfər hərbçinin ölümünə səbəb olan hücumun məsuliyyətini öz üzərinə götürüb.

Hindistan baş naziri Narenda Modi Pakistanı militantlara dəstək verməkdə ittiham edir.
Hindistan baş naziri Narenda Modi Pakistanı militantlara dəstək verməkdə ittiham edir.

Cümə axşamının bomba hücumundan sonra Dehlinin Paksitanı militantların Kəşmirdə həyata keçirdiyi zorakılıqları dəstəkləməkdə ittiham etməsi güman ki, iki ölkə arasında gərginliyi daha da artıracaq.

Müsəlman çoxluöa malik Kəşmir Hindistan və pakistan arasında bölünübş. Hər iki ölkə bu əraziyə iddia edirlər.

Kəşmirdə döyüşçən militantlar region üçün müstəqillik yaxud da pakistana birləşmək tələb edirlər.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG