Accessibility links

Qurban bayramı günü Hindistan Kəşmirində qarşıdurmalar olub


Bu gün Hindistanın nəzarətindəki Kəşmirdə Qurban bayramının qeyd edildiyi bəzi yerlərdə qarşıdurmalar olub.

Hindistanın təhlükəsizlik qüvvələri regionun əsas şəhəri olan Srinaqarda Hindistana qarşı etiraz edənləri dağıtmaq üçün gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə edib.

Kəşmirdə Hindistana qarşı etirazların kökləri dərinə, Himalay ərazisinin Hindistanla Palistan arasında bölünməsindən sonraya gedir.

Bu xaosdan uzaqda isə minlərlə müsəlman dualarını dinc şəraitdə edə bilib.

Nüvə silahına sahib iki ölkə ərazinin bütövlüklə onlara aid olduğunu iddia edir. Pakistan və Hindistan arasında Kəşmir üzərində iki müharibə olub.

Üsyançı qruplar 1989-cu ildən bəri Kəşmirin müstəqilliyi və ya qonşu Pakistanla birləşdirilməsi uğrunda döyüşür. Döyüşlər və daha sonra Hindistanın təqibi nəticəsində 70 minə yaxın insan ölüb.

XS
SM
MD
LG