Accessibility links

Dünyada koronavirusdan ölüm halları artmaqdadır


Bazar ertəsi Hindistan bir gündə 900-dən çox ölüm halını təsdiqləndikdən sonra koronavirusdan ölənlərin sayının 50 mini keçdiyini bildirib.

Hindistan COVID-19-dan ölənlərin sayına görə ABŞ, Braziliya və Meksikadan sonra dünyada dördüncü yerdədir.

Son 100 gün ərzində icma arasında virus hallarının qeydə alınmadığını bayram edən Yeni Zelandiya yayılmaların baş qaldırmasına görə gələn ay keçiriləcək seçkiləri təxirə salıb.

Ölkənin baş naziri Hasinda Ardernin dediyinə görə, ümummilli seçkilər oktyabrın 17-nə keçiriləcək və ondan sonra seçkilərin tarixi dəyişməyəcək.

Yeni Zelandiyanın səhiyyə rəsmiləri bazar ertəsi 9 yeni halın qeydə alındığını və təsdiqlənmiş yoluxma hallarının sayının 78-ə çatdırdığını, yoluxmaların ən çox olduğu Okland şəhərinin isə daha bir həftə karantində olacağını bildirib.

Yoluxmaların öhdəsindən müvəffəqiyyətlə gələn Cənubi Koreyanın səhiyyə rəsmiləri bir neçə kilsə də daxil olmaqla, Seul ətrafındakı əsas yoluxma mənbələri ilə mübarizə aparır.

Bir neçə aydır gündəlik yoluxmaların nadir hallarda 50-yə çatdığını deyən səhiyyə rəsmiləri bazar ertəsi 197 yeni təsdiqlənmiş halın olduğunu xəbər verib.

Dünyanın 3-cü ən böyük iqtisadiyyatına malik olan Yaponiyanın koronavirusun iqtisadiyyatı zəiflətməsini göstərməsi dünya hökumətlərini ciddi məhdudiyyətlərə əl atmağa vadar edib.

Hökumət bazar ertəsi verdiyi açıqlamada aprellə iyun ayları arasında ölkə iqtisadiyyatının illik gəlirinin 27.8 faiz nisbətində azaldığı bildirilib.

ABŞ koronavirusdan 170 mindən çox ölüm halları ilə dünyada birinci yerdədir. Vaşinqton Universitetinin Sağlamlıq Göstəriciləri İnstitutunun mütəxəssisləri ölənlərin sayının sentyabrın 1-nə qədər 186 min, dekabrın 1-nə qədər isə 390 mindən çox olacağını proqnozlaşdırır.

XS
SM
MD
LG