Accessibility links

Hindistanda koronavirusa bir gündə 103558 yoluxma halı qeydə alınıb


Hindistanın Səhiyyə Nazirliyinin bazar ertəsi bildirdiyinə görə, bir gündə koronavirusa 103558 yeni yoluxma hallları ilə bu Cənubi Asiya ölkəsində bu il gündəlik göstərici ən yüksək həddə çatıb.

Hindistanın maliyyə paytaxtı və Maharaştra ştatının paytaxtı Mumbay hazırda sərt karantin şəraitindədir. Ölkədəki yeni yoluxma hallarının təxminən yarısı Maharaştrada qeydə alınıb.

Ştat hökumətinin naziri Navab Malik jurnalistlərlə görüşü zamanı deyib ki, bazar ertəsindən etibarən axşam saat 8-dən səhər 7-yə qədər komendant saatı tətbiq ediləcək. Alış-veriş mərkəzləri, kinoteatrlar, barlar, restoranlar və ibadət yerləri bazar ertəsi axşamından etibarən bağlanacaq. Həftə sonları tam məhdudiyyətlər olacaq.

Cons Hopkins Koronavirus Resurs Mərkəzinə hazırda Hindistanda 12,5 milyondan çox yoluxma halının qeydə alındığını, lakin ABŞ-da 30,7 milyon, Braziliyada isə 13 milyona yaxın olmaqla, Hindistandan irəlidə olduğunu bildirib.

Dünya boyu milyonlarla insan vaksinasiya kampaniyalarının davam etməsinə baxmayaraq, koronavirusa yoluxmaların artmasına görə, Pasxa həftə sonunu yeni məhdudiyyətlər və karantinin tətbiq edildiyi şəraitdə keçirib.

Keçən həftə ABŞ 100 milyon insanın tam peyvənd aldığı ilk ölkə olduğunu bildirib. Bu açıqlama Prezident Co Biden administrasiyasının 100 milyon dozada peyvəndin tək dozasının tətbiqinə nail olmasından sonra verilib.

Koronavirusun səbəb olduğu COVID-19-a yoluxma halları ABŞ-ın bəzi bölgələrində artmaqda davam edir.

ABŞ ilə müqayisədə Avropa ölkələri peyvənd proqramlarını sürətləndirmək üçün mübarizə aparır.

Ümumdünya Səhiyyə Təşkilatı Avropa əhalisinin yalnız 10%-nin peyvəndin yalnız bir dozasını, 4%-inin isə iki dozasını aldığını bildirib.

XS
SM
MD
LG