Accessibility links

Həkimlər Hindistanda peyvəndlə bağlı tərəddüdləri aradan qaldırmağa çalışır


Həkimlər Hindistanda peyvəndlə bağlı tərəddüdləri aradan qaldırmağa çalışır
please wait

No media source currently available

0:00 0:02:13 0:00

Həkimlər Hindistanda peyvəndlə bağlı tərəddüdləri aradan qaldırmağa çalışır

Hindistanın COVID-19-a qarşı ümummilli vaksinasiya kampaniyası ölkədə pandemiyanın tədricən zəifləməyə başladığı zaman "peyvənd tərəddüdü" ilə qarşılaşdıqdan sonra yenidən sürətlənib. Dünyada ən böyük peyvənd kampaniyalarından birinin keçirildiyi Hindistanda vaksinasiya qarşısında maneələr və irəliləyişləri Dehli xəstəxanasında peyvənd mərkəzində müşahidə etmək mümkündür.

Dehlidə Indraprasta Apollo xəstəxanasında çalışan səhiyyə işçiləri COVID-19-a qarşı ilk peyvəndləri əvvəlcə qorxu, sonra isə rahatlıq hissi ilə alır. Tibb bacısı Azoni Marina: "Bir çox insanda yan təsirinin çox olduğunu eşitdim, buna görə də peyvənd almazdan əvvəl bir az narahat idim, amma özümü yaxşı hiss edirəm və növbəti dozanı gözləyirəm."

Xəstəxana işçisi Rajeş Kumar Koli: “Özümü təhlükəsiz hiss edirəm, çünki uzun müddət COVID palatasında işləmişəm. Mənə hətta bir şey olsa, bu peyvəndlə yaxşı olacağam.”

Peyvənd vurulduqdan sonra səhiyyə işçiləri selfi çəkir. Bu cür təşəbbüslər “peyvənd tərəddüdünü” aradan qaldırmaq üçün mübarizə aparan bir ölkədə insanları peyvənd vurdurmağa təşviq etmək üçündür.

Bir ay əvvəl ümummilli peyvənd proqramını həyata keçirməsindən sonra Hindistanda peyvəndlərin mümkün yan təsirləri barədə ilkin məlumatlar bəzi insanlar, hətta səhiyyə işçiləri arasında şübhə yaratdı. Bu kimi narahatlıqları azaltmaq üçün həkimlər peyvənd vurdurmağa başlayıb. Sanjiv Şarma: "İnsanlar bir az qorxdular. Biz onların suallarını cavablandırmağa davam etdik və onlar peyvəndin olduqca təhlükəsiz olduğunu gördükdə buna inamları artmağa başladı."

Vaksinasiya sürətlənir - bu mərkəzdə gündəlik peyvənd sayı üç dəfə artıb. Lakin bəzi peyvənd mərkəzlərində vəziyyət belə deyil. Problem Hindistanda yoluxmalar kəskin şəkildə azaldığı üçün təcili peyvənd olunma ilə bağlı ehtiyacın azalmasındadır.

Bazarlar insanlarla doludur, metro stansiyalarında növbələr var. Bəziləri isə hələ son sınaqların nəticələri məlum olmadığı üçün Hindistanda istifadə edilən iki peyvənddən birini vurdurmağa tərəddüd edir.

Bütün bunlara baxmayaraq, səhiyyə işçiləri pandemiyaya yalnız peyvəndin son qoyacağı haqda mesajı gücləndirməyə çalışır.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya növbəti dəfə Kyivə hava hücumu həyata keçirib
please wait

No media source currently available

0:00 0:13:23 0:00

Amerika İcmalı

Amerika İcmalı. Türkiyə prezident seçkilərinin ikinci turuna hazırlaşır.
please wait

No media source currently available

0:00 0:29:14 0:00
XS
SM
MD
LG