Accessibility links

Hindistanda son bir sutkada COVID-ə 273810 nəfər yoluxub


Hindistanln Səhiyyə Nazirliyi aprelin 19-da son bir sutkada COVID-ə yoluxanların sayının rekord həddə çataraq, 273810 nəfər olduğunu elan edib.

Dehli şəhərinin Baş nazirinin bazar günü bildirdiyinə görə, Hindistanın paytaxtında COVID-19 testi edilən hər üç nəfərdən birində nəticə pozitiv çıxıb.

"Ən böyük narahatlıq son 24 saat ərzində pozitivlik nisbətinin 24%-dən 30% -ə qədər artmasıdır" - deyə, Baş nazir Arvind Kejrival aprelin 18-də keçirdiyi brifinqdə bildirib.

“Yoluxanların sayı çox sürətlə artır. Yataqlar sürətlə dolur” - deyib Kejrival.

İnsanlar sosial mediada Dehlidə oksigen balonları, xəstəxana yataqları və dərman çatışmazlığından şikayət edib.

15 milyondan çox yoluxma halı qeydə alınan Hindistan 31,6 milyon yoluxanı olan ABŞ-dan sonra ikinci yerdədir.

Cons Hopkins Koronavirus Resurs Mərkəzinin bildirdiyinə görə, Hindistan əhalisinin yalnız 1% -dən çoxuna peyvənd edilib.

Aprelin 18-də İran koronavirusdan ölüm sayının ən yüksək həddə çatdığını, paytaxt və digər şəhərlərin xəstəxanalarının COVİD xəstələri ilə dolu olduğunu bildirib.

İranın Səhiyyə Nazirliyi bazar günü virusdan 405 ölüm, 21000-dən çox yoluxma halının qeydə alındığını bildirib. Bu ölkədə keçən ilin noyabrında bir gündə ölənlərin sayı 480 olmaqla, ən yüksək həddə çatmışdı.

İranın peyvənd kampaniyası yerli istehsal edilən peyvənddən asılı olaraq yavaş gedir.

Bu arada, İsrail açıq havada maska taxılma tələbinə son qoyub. Cons Hopkinsin bildirdiyinə görə, ölkə əhalisinin təxminən 56% -i virusa qarşı tam peyvəndlənib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG