Accessibility links

Hindistanda bir sutkada COVID-19-a 352991 insan yoluxub


Hindistan aprelin 26-da COVID-19-a 352991 yeni yoluxma halının qeydə alındığını bildirib. Beşinci gündür hər gün 300000-dən çox insanın yoluxduğu bu Cənubi Asiya ölkəsi koronavirusun fəlakətli ikinci dalğası ilə üzləşib.

Yeni dalğa ölkənin səhiyyə sistemini çökdürüb, yer olmadığından xəstəxanalar yeni xəstə qəbul edə bilmir və dəhşətli dərəcədəki oksigen çatışmazlığı səbəbindən bəzi COVID xəstələri sözün əsl mənasında boğulur.

Bazar ertəsi Hindistanda 2812 olmaqla, rekord sayda ölüm halı qeydə alınıb. Krematoriyalar gecə və gündüz ölüləri yandırmaqla məşğuldur. Müddəti bazar ertəsi başa çatacaq paytaxt Dehlidə karantin daha bir həftə uzadılıb.

Virusun daha yoluxucu olan ikinci dalğasının yayılmasına səbəb bu ilin əvvəlində epidemiyanın nəzarət altına alındığı deyilərək, məhdudiyyətlərin yumşaldılması və çox sayda insanın bir araya gəlməsinə icazə verilməsi olub.

Sıx siyasi mitinqlər keçirilməsinə və milyonlarla zəvvarı cəlb edən illik Hindu dini mərasimə icazə verdiyi üçün baş nazir Narendra Modi tənqid atəşinə tutulub. Bazar günü etdiyi aylıq radio müraciətində Modi hindliləri peyvəndlə bağlı şayiəiərə məhəl qoymamağa və peyvənd vurulmasına çağırıb.

Cons Hopkins Koronavirus Resurs Mərkəzinin bildirdiyinə görə, Hindistanda 138 milyon dozada peyvənd tətbiq edilib və 1.4 milyard əhalinin yalnız 1.6% -nə peyvəndin tam dozası vurulub.

Dünyaya Baxış

Dünyaya Baxış. Vyanada İranla nüvə sazişi üzrə danışıqlar bərpa olunub
please wait

No media source currently available

0:00 0:11:33 0:00

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG