Accessibility links

ABŞ COVID-lə mübarizəyə yardım üçün Hindistana oksigen göndərəcək


Birləşmiş Ştatlar davam edən koronavirus pandemiyası və Amerikaya əhəmiyyətli yardım göstərməsi üçün güclü təzyiqlərə cavab olaraq Hindistana tez bir zamanda oksigen və on milyonlarla peyvənd dozasını mərhələlərlə göndərəcəyini vəd edib.

"Biz Hindistanla əməkdaşlıq şəraitində işləmək istəyirik. Oksigen, şəxsi mühafizə avadanlığı (PPE), dərman, testlər və ya peyvənd üçün xammal kimi ehtiyac duyduqları yardımı etməyə çalışacağıq" - deyə, Ağ Evin mətbuat katibi Cen Psaki bazar ertəsi jurnalistlərə bildirib.

Administrasiyanın yüksək səviyyəli rəsmisinin bildirdiyinə görə, ABŞ Hindistana ictimai səhiyyə mütəxəssislərindən ibarət "güclü komanda" göndərəcək.

Ağ Evin verdiyi məlumata görə, ABŞ-ın Ərzaq və Dərman İdarəsi tərəfindən hələ təsdiqlənməmiş 60 milyon dozaya qədər AstraZeneca peyvəndi federal təhlükəsizlik təhlillərindən keçdikdən sonra mərhələli şəkildə başqa ölkələrə göndərilə bilər.

Digər ölkələr üçün peyvəndlərin hazır olmasına hələ bir neçə həftə qaldığını və çox ehtimal ki, əvvəlcə 10 milyon dozada olacağını deyən Psaki "hazırda istifadə ediləcək heç bir AstraZeneca dozamız yoxdur" deyib.

"Biz tərəfdaş ölkələrlə bir sıra variantları nəzərdən keçirəcəyik və əlbəttə ki, bunun çox hissəsi birbaşa münasibətlər yolu ilə həyata keçiriləcək" - deyə, o bildirib.

ABŞ Prezidenti Co Bayden və Hindistanın Baş naziri Narendra Modi arasında bazar ertəsi yüksək səviyyəli rəsminin "hərarətli və müsbət telefon söhbəti" kimi xarakterizə etdiyi söhbət baş tutub.

Modi Tvitter səhifəsində söhbət zamanı "peyvənd üçün xammal və dərmanların davamlı şəkildə çatdırılmasının vacibliyini vurğuladığını" bildirib və iki ölkə arasındakı tərəfdaşlığın "COVID-19 problemini həll edə biləcəyini" əlavə edib.

Hindistan hökuməti bazar ertəsi silahlı qüvvələrinə COVID-19-la mübarizədə ehtiyatda saxlanan oksigendən istifadə edilməsi əmrini verib. Təqaüddə olan hərbi tibb işçiləri də səhiyyə müəssisələrinə göndərilir.

Səhiyyə Nazirliyinin məlumatına görə, 1,3 milyard əhalisi olan Hindistanda COVİD-ə rəsmi olaraq 17,3 milyon yoluxma, təxminən 200 000 ölüm halı qeydə alınlb. Bəzi səhiyyə mütəxəssisləri testlərin olmaması səbəbindən həqiqi sayın 10 qat artıq ola bildiyini deyir.

XS
SM
MD
LG