Accessibility links

Hindistan xəstəxanasındakı yanğında 8 COVID xəstəsi ölüb


Cümə axşamı Hindistanın Qucarat ştatının Əhmədabad şəhərindəki xəstəxananın reaniasiya şöbəsində baş verən yanğın zamanı 8 COVID-19 xəstəsi ölüb. Ölənlərin beşi kişi, üçü qadın olub.

Xəstəxanadakı təxminən 35 xəstə başqa xəstəxanalara köçürülüb.

Ölkənin baş naziri Narendra Modi tvitter səhifəsində xəstəxanadakı faciəli yanğına görə kədərləniyini yazıb və zərər çəkənlərə bütün yardımların edildiyini bildirib.

Modinin vətəni Qucarat COVID-19 pandemiyasının ən çox zərər vurduğu yerlər arasındadır.

İlkin araşdırmalara görə, özəl xəstəxanada səhər saat 3:30 radələrində başlayan yanğına elektrik qısa-qapanmasının səbəb olduğu məlum olub. Şəhər bələdiyyə komissarı Mukeş Kumar Press Trust of India agentliyinə
yanğının bir neçə dəqiqə ərzində reanimasiya şöbəsinə yayıldığını deyib.

Təhlükəsizlik standartlarının zəif olması Hindistanda tez-tez yanğınlara səbəb olur.

Yanğınla mübarizə aparan yanğınsöndürənlər karantindən keçməli olacaq.

XS
SM
MD
LG