Accessibility links

Hindistanda COVID-19-a bir sutkada 200000 insan yoluxub


Hindistannın səhiyyə işçiləri aprelin 15-də COVID-19-a 200000-dən çox yeni yoluxma halının qeydə alındığını və bu Cənubi Asiya ölkəsində bir gündə yoluxanların sayının rekord həddə çatdığını bildirib.

COVID xəstələrinin sayının artması ilə Hindistan xəstəxana çarpayıları və oksigen çatışmazlığı ilə üzləşməyə başlayıb. Yoluxmalarıpn sayının artması əsas peyvənd istehsalçısı Hindistanı COVID peyvəndlərinin qlobal ixracını təxirə salmağa və onları ölkədə istifadə üçün yönləndirməyə məcbur edib.

Dehli şəhərinin səhiyyə rəsmisi S.K. Sarin Associated Pressə yoluxma dalğasının artmasının həyəcanverici olduğunu deyib.

Bəzi səhiyyə rəsmiləri isə yoluxmaların artmasına Hindu mərasimi zamanı yüzlərlə ibadətçinin Qanq çayında çimmələri və son siyasi mitinqlərin səbəb ola biləcəyini düşünür.

ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi tərəfindən yayımlanan yeni məlumatlara görə, təxminən 78,5 milyon yaşlı amerikalının 30% -dən çoxuna COVID-19-a qarşı peyvəndin tam dozası tətbiq edilib.

Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (CDC) yetkinlərin 48%-nə, virusun zərərli təsirlərinə həssas olan yaşlıların 80%-nə peyvəndin azı bir dozasının vurulduğunu bildirib. Yaşlı insanların 64%-nə peyvədin tam dozası vurulub.

Mərkəz eləcə də peyvənd olunan 5800 insanın virusa yenidən yoluxduğunu bildirib.

"Mövcud peyvəndlərin hamısının ağır xəstələrin, xəstəxanaya yerləşdirilmələrin və ölümlərin qarşısının alınmasında təsirli olduğu sübut edilib. Lakin digər peyvəndlərdə olduğu kimi peyvəndin gözlənildiyi kimi təsirinə baxmayaraq, minlərlə bu cür hadisələrin baş verəcəyini gözləyirik" - deyə, agentliyin açıqlamasında bildirilib.

Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi açıqlamalarını Johnson & Johnson peyvəndinin tətbiqinin müvəqqəti dayandırıldığı bir vaxt verib.

ABŞ-da səhiyyə ekspertlərindən ibarət müstəqil bir komitə Johnson & Johnson-un COVID-19 vaksini ilə bağlı yekun qərarını təxirə salıb. Onlar vaksinlə və onun nadir, amma çox təhlükəli qan laxtalanması halları ilə əlaqəsi ilə bağlı daha çox məlumat toplamağa çalışır.

ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) vaksin tövsiyə komitəsi çərşənbə axşamı fövqəladə iclas keçirib. Bundan bir gün öncə isə CDC və Ərzaq və Dərman Administrasiyası 18 ilə 48 yaşları arasında altı qadında peyvənd vurulandan sonra 6-13 gün ərzində qan laxtalanması hallarının baş verməsinin ardınca bir dozalı vaksindən istifadənin müvəqqəti dayandırılmasını tövsiyə edən birgə bəyanat yayıb. Həmin qadınlardan biri ölüb, biri isə kritik vəziyyətdə xəstəxanaya yerləşdirilib. Bu altı hal ABŞ-da Johnson & Johnson peyvəndi vurulan 7 milyon insan arasında baş verib.

Vaşinqton Universitetinin qlobal səhiyyə üzrə eksperti Dr. Bet Bell komitənin daha çox məlumat toplamağı dəstəkləyən üzvlərindən biridir. Lakin o, qan laxtalanması insidentlərini “çox nadir rast gəlinən hal” adlandırıb və israr edir ki, o, bu vaksinlə bağlı fundamental problemlərinin olduğuna dair mesaj vermək istəmir.

Lakin bu insidentlərin ardınca ABŞ-ın əczaçılıq nəhəngi aprelin 14-də peyvənd çatışmazlığı və logistika problemləri, habelə qan laxtalanması halları ilə əlaqəsi olan AstraZeneca vaskinindən istifadənin dayandırılması səbəbilə vaksinasiya səylərinin ləng irəliləyən Avropaya vaksin göndərməyi müvəqqəti olaraq dayandırıb.

Həm AstraZeneca ,həm də Johnson & Johnson vaksinləri adenovirusdan inkişaf etdirilib. Belə ki, onlar DNT-ləri insanda koronavirusu uzaq tutacaq immun sistemi yaradır.

Bütün bu broblemlərə baxmayaraq, Avropadan yaxşı xəbər də var. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) rəsmisinin dediyinə görə, pandemiya başlayandan bəri 80 və daha yuxarı yaşlı avropalılar arasında COVID-19-a yoluxma halları azalır və ölüm nisbəti ən aşağı səviyyədədir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiyanın raket hücumu Ukraynanın enerji obyektlərini zədələyib
please wait

No media source currently available

0:00 0:11:42 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG