Accessibility links

Hindistan Pakistan Kəşmirini bombalayıb


Pakistan rəsmilərinin verdiyi məlumata görə, Hindistanın döyüş təyyarələri çərşənbə axşamı Kəşmirdəki atəşkəs xəttini keçərək ərazini bombalayıb.

Pakistan bombaların ölkəyə düşdüyünü göstərən fotoşəkillər yayımlayıb. Lakin zərərçəkmişlər barədə heç bir məlumat verilmir.

Hindistan Xarici Işlər Nazirliyi bildirib ki, Pakistanın daxilində olan terror qrupu tərəfindən təhlükə gözlənildiyi üçün belə bir qərar verməli olub.

"Ceyş Məhəmmədin ölkənin müxtəlif yerlərində intihar hücumlarına cəhd göstərəcəyi və fədakar cihadçılara da bu məqsədlə təlimlər keçirəcəyinə dair kəşfiyyat məlumatı əldə etmişdik. Bütün təhlükələrə baxmayaraq qabaqlayıcı hücumlar zəruri idi" - deyə, xarici işlər naziri Vijay Qokheyl bildirib.

Pakistan Hava Qüvvələrinin təyyarıləri müdaxiləyə cavab vermək üçün hazır vəziyyətə gətirilib.

Yeni Dehli Kəşmirdə 40 hindistanlı hərbiçinin öldüyü 30 ilin ən ölümcül hücumunu cavab verəcəyini bildirmişdi.

Rəsmi İslamabad bu hadisənin hücumla heç bir əlaqəsi olmadığını bildirib və xəbərdarlıq edib ki, əgər Hindistan hər hansı bir hücum etsə, buna qətiyyətlə cavab veriləcək.

XS
SM
MD
LG