Accessibility links

Hindistan Pakistanla əlaqələri inkişaf etdirməyə hazırdır


Hindistanın baş naziri Manmohan Sinq deyib ki, Hindistanla Pakistan arasında etibarın olmaması əlaqalərin inkişafına əsas maneədir.

Hindistanın baş naziri ölkəsinin uzun müddətli rəqibi və qonşusu olan Pakistanla əlaqələrin normallaşdırılması barədə öhdəliklərə sadiq qaldığını bildirib.Bazar ertəsi baş nazir Manmohan Sinq deyib ki, Hindistanla Pakistan arasında etibarın olmaması əlaqalərin inkişafına əsas maneədir.

Cənab Sinq qonşu ölkələrlə yaxşı münasibət qurmadan Hindistanın tam inkişaf potensialını həyata keçirə bilməyəcəyinə inandığını bildirib. O bu açıqlmanı konqres partiyasının başçılıq etdiyi koalisiyanın keçən ilin may ayında yenidən seçilməsindən sonra vəzifəyə başlamasının ildönümü münasibətilə keçirilən mətbuat konfransında bildirib.

Pakistan xarici işlər nazirliyinin sözçüsü Abdul Basit Hindistan liderinin şərhinə cavab olaraq bildirib ki, iki ölkənin sülh və əmin amanlıqda yaşaması üçün etibarın olması çox mühümdür.

Baş nazir Sinq Pakistanlı həmkarı Yusif Raza Gilani ilə keçən ay Butanda Cənubi Asiya liderlərinin sammiti çərçivəsində görüşüb.İki Cənubi Asiya ölkəsinin xarici işlər nazirləri arasında iyul ayında İslamabadda danışıqların keçiriləcəyi gözlənilir.

XS
SM
MD
LG