Accessibility links

Hindistanın COVID-19 peyvəndi istehsal edilən müəssisəsində yanğın baş verib


Cümə axşamı Hindistanda dünyanın ən böyük peyvənd istehsalçısına məxsus tikilməkdə olan bir binada yanğın baş verib. Lakin şirkət bunun COVID-19 peyvəndi istehsalına təsir etməyəcəyini bildirib.

Yanğın Hindistanın qərbindəki Pune şəhərində Serum İnstitutunun (SII) binasında baş verib. Yanğınsöndürmə rəsmisi Praşant Ranpise yanğının səbəbinin hələ açıqlanmadığını, ancaq AstraZeneca-nın koronavirus peyvəndi istehsalını artırmaq üçün inşa edilən bir obyektin içərisində olduğunu deyib.

SII-nin icraçı direktoru Adar Punavalla dünya ictimaiyyətini yanğının şirkətin COVISHIELD adlı peyvəndin istehsalına təsir göstərməyəcəyində əmin etməyə çalışıb.

"Bütün hökumətləri və ictimaiyyəti bu cür gözlənilməz hadisələri nəzərə alaraq ehtiyatda saxladığım çoxsaylı COVISHIELD istehsalında heç bir itki olmayacağına əmin etmək istəyirəm" - deyə, Punawalla tweeter səhifəsində yazıb.

SII AstraZeneca və Oxford Universiteti tərəfindən hazırlanmış bir milyard doza vaksinin istehsalına dair müqavilə imzalayıb.

Punavalla dekabr ayında Associated Press-ə verdiyi açıqlamada ailəsinə məxsus şirkətin bu ilin sonuna qədər istehsal gücünü ildə 1,5 milyard dozadan 2,5 milyard dozaya qədər artıracağına ümid etdiyini deyib. O, yeni obyektin planın bir hissəsi olduğunu bildirib.

Zəngin ölkələr bu il istehsal ediləcəyi gözlənilən 12 milyard koronavirus peyvəndi dozasının 75% -ni alıb.

SII inkişaf etməkdə olan ölkələr tərəfindən istifadə ediləcək peyvəndlərin əksəriyyətini istehsal edəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukraynanın keçmiş prezidenti ölkəsinə qayıdıb
please wait

No media source currently available

0:00 0:11:42 0:00
XS
SM
MD
LG