Accessibility links

Hindistan pilotu vətəninə qaytarıldı


Pilot Abhinandan Varthaman əsir götürüləndən iki gün sonra sərhəd darvazasından keçərək vətəni Hindistana qayıdıb. Onun qayıdışı iki nüvə silahlı ölkə arasında gərginliklərin azaldılması istiqmətində mühüm addım sayılır.

Pilotun azad edilməsini gözləyən insanlar Pakistan-Hindistan sərhədinə toplaşıblar.

Qısa açıqlamada Hindistan Hava Qüvvələri Marşalı R.G.K. Kapur deyib ki, Hindistan Hava Qüvvələri onun dönüşündən şaddır və o, tezliklə tibbi yoxlanmadan keçəcək.

Pakistanın baş naziri İmran Xan cümə axşamı keçirilən parlament yığıncağında etdiyi çıxışı zamanı sülh jesti olaraq pilot Abinandan Vartamanın cümə günü azad ediləcəyini bildirmişdi.

Sülhə və danışıqlara ilk addım olaraq biz sabah Hindistan hava qüvvələrinin zabitini azadlığa buraxacağıq.

"Sülhə və danışıqlara ilk addım olaraq biz sabah Hindistan hava qüvvələrinin zabitini azadlığa buraxacağıq,” Xan bildirib.

Pilot Vartaman çərşənbə günü mübahisəli Kəşmir bölgəsindəki de-fakto nəzarət sərhədini keçərək Pakistan Kəşmirinin hava məkanına daxil olduqdan sonra ələ keçirilib.

Hindistanın ikinci döyüş təyyarəsinin də vurulub salındığı, lakin Hindistanın nəzarətindəki Kəşmir bölgəsinə düşdüyü deyilir.

Yeni Dehli Pakistana məxsus qırıcı təyyarəni vurduğunu iddia etsə də, İslamabad bunu rədd edir.

Kəşmirdə nəzarət xətti
Kəşmirdə nəzarət xətti

Bu açıqlama prezident Donald Trampın Hanoyda müxbirlərlə görüşü zamanı Birləşmiş Ştatların Cənubi Amerikada nüvə silahlı rəqiblər arasında gərginliyin azaldılmasında yadımçı rol oynadığını bəyan etməsindən bir neçə saat sonra verilib.

Birləşmiş Ştatların dövlət katibi Mayk Pompeo Vyetnamdan Filippinə etdiyi uçuşu zamanı müxbirlərə Hindistan və Pakistan liderləri ilə danışıqlara çox vaxt sərf etdiyini deyib. Pompeo deyib ki, danışıqlar liderlərin informasiya mübadiləsinə və situasiyanın de-eskalasiyasına yönəlib.

XS
SM
MD
LG