Accessibility links

Hindistan qadınlar üçün ən təhlükəli ölkədir [Video]


Hindistan qadınlar üçün ən təhlükəli ölkədir
please wait

No media source currently available

0:00 0:02:31 0:00

“Thomson Reuters Fondu”nun yeni araşdırmalarının nəticələrinə görə, Hindistan qadınlar üçün dünyanın ən təhlükəli yeridir. Bu araşdırma 2011-ci ildə fond tərəfindən aparılan araşdırmanın təkrarıdır ki, o vaxt Hindistan Əfqanıstan, Konqo Demokratik Respublikası və Pakistandan sonra qadınlar üçün təhlühlükədə 4-cü yerdə idi.

Paytaxt Dehlidən tutmuş, kiçik şəhərlərə və kəndlərə qədər milyonlarla qadın təhlükə ilə üzləşə bilər. Hindistanın qadınlar üçün dünyanın ən təhlükəli yeri olması qərarına “Thomson Reuters Fondu”nun bu yaxınlarda apardığı araşdırmaların nəticələrindən sonra gəlinib.

Lakin Hindistan hökuməti 548 ekspertin keçirdiyi araşdırmaların nəticələri ilə qətiyyən razılaşmır. "Qadınların Milli Komissiyası"nın sədri Rekha Şarma: “Bu, tamamilə yalnış nəticədir. Hindistan üzrə müzakirələr cəmi 101 qadınla aparılıb ki, onlardan cəmi 50-si ölkədə yaşayır, qalanları isə Hindistandan kənardadır.”

Ən ağır 6 kateqoriyadan 3-ü Hindistanın payına düşüb: cinsi zorakılıq, İnsan alveri, mədəniyyət və din. Qadın İnkişaf Araşdırmaları Mərkəzindən İndu Aqnihotri: “Bütün Cənubi Asiyada oğlan uşaqlarına üstünlük yüksək səviyyədədir. Qətl və işgəncə kimi hallar da buna görə baş verir.”

“Qadınlara qarşı şikayətlər də artmağa başlayıb və bu təbiidir, çünki son zamanlar qanunlar və leqal proseslər haqda maariflərndirmə artıb. Qadınlar indi öz haqlarından danışır. Onlar hüquqularını tələb edir” deyə, tədqiqatçı manoj Bandan bildirir.

Rekha Şarma: “Bir çox ölkədə qadına söz azadlığı verilmir və mətbuat da bu haqda məlumat verə bilmir. Şəriət qanununu pozduğuna görə bir çox ölkədə qadınlar təqiblərə məruz qalır.”

Bu yaxınlarda Cammi və Kəşmir ştatlarında balaca qızın dəstə tərəfindən təcavüzə məruz qalması Hindistanın reputasiyasını çox pozdu. Lakin Hindistanın bəzi sosioloqları cinsi təcavüzü və zorakılığı ancaq onların ölkəsi ilə bağlamağın düzgün olmadığını deyirlər. İndu Aqnihotri: “Hal-hazırda mediada dünyanın inkişaf etmiş ölkələrində də belə halların baş verdiyini görürük. “MeToo” kampaniyası buna misaldır. Cinsi zorakılıq hər yerdə var.”

“Thomson Reuters Fondu” sorğuların yalnız sosioloqlar və ekspertlərlə aparıldığını, və bunların əsl həqiqətlərə əsaslanmadığını boynuna alır. Digərləri isə hesab edir ki, Hindistan reputasiyasını korlayan bu duruma ciddi diqqət yetirməlidir.

XS
SM
MD
LG