Accessibility links

Hindistanda qızların sosial mediada müdafiə kampaniyası - "Qızınla Selfi Çəkdir"


Hindistanda dünyaya gələcək övlad qız olduğuna görə edilən abortlara qarşı yeni kampaniya başlayıb. Baş nazir Narendra Modi ataları qızları ilə selfi çəkdirməyə çağırandan sonra social medianı birgə çəkilmiş şəkillər bürüyüb. Cənab Modi bu yolla selektiv abortlara qarşı mübarizənin güclənəcəyinə ümid edir. O bu çağırışı Haryan ştatının qəsəbələrdən birində qadının statusunu qorumaq üçün aparılan səylərdən təsirlənərək edib.

Baş nazirin radio ilə çıxışı zamanı insanları selfiewithdaughter haştaqı ilə selfi çəkdirməyə çağırmasından sonra minlərlə ata qız övladlarıyla şəkillərini social şəbəkələrdə yayıb.

Sosial mediaya marağı böyük olan Hindistanın lideri bu kampaniya ilə ölkədə qızların həyatında dəyişiklik yaranacağına nikbinliklə yanaşdığını deyib.

Hökumət bu ilin əvvəllərində “Qızını qoru, Qızına öyrət” kampanyası başlayaraq, oğlan övlada üstünlük verilməsinə görə qız uşağı gözləyənlərin abort etməsinə qarşı mübarizəyə başlayıb. Bu addımın atılmasına Hindistanda altı yaşa qədər hər 1000 oğlan uşağına 914 qız uşağının düşməsi səbəb olub.

Baş nazir bildirib ki, o, Hariana ştatının Bibipur kəndinin rəhbərinin qızı ilə çəkdirdiyi selfi şəklindən təsirlənib. Hariana ölkədə gender bərabərsizliyinin ən pis vəziyyətdə olduğu ştat kimi tanınır.

Kənd icmasının başçısı Sunil Caqlan keçən ay Qızınla Selfi kampanyasına başlayaraq bu yolla regionda qadının statusunu artırmaq istəyib. O, üç yaşında qızı ilə şəkilini sosial şəbəkələrdə yayaraq, köhnə patriarxal düşüncə tərzini dəyişməyə cəhd edir.

Sunil Caqlan Amerikanın Səsinə deyib ki, o, kampanyaya 2012-ci ildə qızının dünyaya gəlməsindən sonra başlayıb.

O bildrib ki, övladının dünyaya gəlməsi səbəbiylə şiriniyyat paylayanda dostları onun oğlan övladı olduğunu düşünüblər. Onlar inana bilməyiblər ki, kimsə qız uşağına görə belə bir addımı ata bilər.

Onun sözlərinə görə, tibb bacılıarı hədiyyəni qəbul etməkdən imtina edərək deyiblər ki, qızın doğulması oğlan doğulan zaman verilən hədiyyələrə layiq bir hadisə deyil.

Hazırda iki qız atası olan Sunil Caqla deyib ki, o, övladlarının belə bir şəraitdə böyüməsini istəmir.

Sunil Caqlanın səyləri kənddə qızlara qarşı əsrlərlə mövcud qərəzli münasibət mənada dəyişikliklərə səbəb olub.

Baş nazir Modi bildirib ki, dövlətin apardığı kampaniya şəxslər və cəmiyyət tərəfindən, eyni zamanda kənd icmalarında qəbul edilib və buna görə də getdikcə daha da möhkəmlənir.

Sosial fəallar ümid edir ki, keçirilən son kampaniya sadəcə şəkil çəkdirməklə bitməyəcək və Hindistanda qızlara oğlanlar qədər dəyər verilməsinə gətirib çıxaracaq.

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG