Accessibility links

Hindistan İrandan neft idxalını 10 faiz azaldacaq


Hindistan ABŞ-ın İslam respublikasının nüvə proqramına görə təcrid edilməsi istiqamətində təzyiqləri ilə əlaqədar İrandan xam neft idxalının 11 faiz azaldılması haqda qərar verib.

Hindistanın Neft naziri R.P.N Sinx bu gün bildirib ki, Hindistanın neftayırma zavodları İrandan aldığı xam neft ötən il 17.44 milyondan bu il 15.5 milyon metrik tona endirələcək.

O deyib ki, Hindistan enerji təhlükəsizliyini gücləndirmək məqsədilə xam neft mənbələrinin diversifikasıyasına çalışır. O, əlavə edərək bildirib ki, neftayırma zavodları idxalı texniki, ticarət və başqa amillərə əsaslanaraq müəyyən edir.

Hindistan İrandan xam neft idxalının azadılmasına dair qərarını İranın mübahisəli nüvə proqramını dayandırması üçün ABŞ-ın təyziqlərindən sonra verib.

Ötən həftə Hindistana səfəri zamanı ABŞ dövlət katibi Hilari Klinton Hindistanı İrandan neft idxalını azaltmağa çağırmışdı.

Rəsmi Vaşınqton bir neçə ölkəni İrandan neft idxalını azaltmağa çağırıb. Əks halda bu ölkələr gələn ay sanksiyalarla qarşılaşa bilər.

Hindistan xam neftin 80 faizini idxal edir, bunun təxminən 10 faizi İranın payına düşür.

XS
SM
MD
LG