Hindistan İrandan Türkiyə vasitəsi ilə satın aldığı milyardlarla dollarlıq xam neftin pulunu ödəyəcəyini bəyan edib. Hindistanın neft naziri Caypal Reddi ödənişin hansı yolla həyata keçirildiyini deməyib. Adı açıqlanmayan mənbələrin bildirdiyinə görə, İranın ən böyük xam neft alıcısı olan Hindistan artıq ödənişin bir hissəsi Türkiyənin Halkbank bankı vasitəsi ilə həyata keçirib.
İranın Mərkəzi bankı Hindistanın borcunun 5 milyard dolar təşkil etdiyini bildirib. Hindistan Amerikanın İranla biznes əlaqəsi olan banklara qarşı sanksiya tətbiq etməsindən sonra ödənişi dayandırıb.