Accessibility links

“Xoşbəxtlik sinfi” - Hindistanın təhsil sistemində yenilik


“Xoşbəxtlik sinfi” - Hindistanın təhsil sistemində yenilik
please wait

No media source currently available

0:00 0:02:33 0:00

Hindistanın təhsil sistemi uzun zamandır akademik nailiyyətləri qarşıya məqsəd qoysa da, Dehli hökuməti şəhərin dövlət məktəblərində emisional nailiyyətlərə diqqət yetirilməsi məqsədilə “Xoşbəxtlik sinfi” adlı siniflərin yaradılması üçün təşəbbüs göstərir. Müəllimlər kiçik bir ölkə olan qonşu Butanda yaranan bu fikrin “Ümumdünya Xoşbəxtlik İndeksi”ndə aşağı sırada olan bir ölkədə stress və narahatlıq səviyyələrini azaltmağa kömək edəcəyinə ümid edir.

Əlində xoşbəxtlik hekayələri olan kitabla müəllim altıncı sinif şagirdlərinə həmin anı necə yaşamalarını öyrənmək üçün bir neçə dəqiqəlik gözlərini yummalarını xahiş edir. Bundan sonra o, şagirdlərə ruhlandırıcı bir hekayə danışır. Şagirdlər də ruh yüksəkliyi ilə həmin hekayəyə qoşulur. Bundan sonra əyləncəli anlar başlayır – uşaqlar imitasiya topu ilə oynayır.

Beş aydan sonra Dehlinin dövlət məktəbində fəaliyyətə başlayan “Xoşbəxtlik sinfi”ndə gərginlik xeyli az olur. Altıncı sinif şagirdi Qorav Kumar Tivari: “Biz əvvəllər kitabı açmalı, diqqətimizi lövhəyə yönəltməli, dərsi anlamağa çalışmalı idik. Sinfə girən kimi diqqəti toplamaq çətin olurdu. Lakin “xoşbəxtlik sinifi”ndən sonra özümüzü rahat hiss edirik və dərsi daha asan qavrayırıq.”

“Xoşbəxtlik sinfi” yüksək qiymətlər alınmaq üçün dərslərin, ağır çantaların yükünü azaltmır. Çantalar elə ağır olur ki, hətta hökumət bu yaxınlarda çəki limiti tətbiq edib. Kusum Kumari: “Məktəbdən sonra mən yarım saat dəsr oxuyuram, sonra təlim kurslarına gedirəm. Ondan sonra bir az parkda oynayıram. Saat 8-dən 10-a qədər isə dərs oxuyuram.”

Bu layihəyə başçılıq edən Dehlinin təhsil naziri Manisih Sisodia bu təhsil sisteminin məktəbdə balans yaradacağına ümid edir. “Hər yerdə gərginlik, hər yerdə narahatlıq, imtahanlar, məğlubiyyət, nailiyyət – bunların hamısı beynimizdə çaşqınlıq yaradır və xoşbəxtliyə tamailə yer qalmır.”

“Xoşbəxtlik sinfi”ndə qiymət və imtahan yoxdur. Streslə mübarizə aparmaqla yanaşı, bu sinifdə şagirdlərə yalan danışmamaq və oğurluq etməmək kimi dəyərlər aşılanır. Müəllimin danışdığı bu hekayə imkansız təbəqədən olan şagirdlərin özlərinə inam yaratmasına yardım edir. Kedar Sinq 5 ay sonra dəyişikliyin nəzərə çarpdığını deyir. “Xoşbəxtlik sinfi” layihəsinin koordinatoru Kedar Sinh: “Onlar daha az yalan danışır, dərsləri daha az buraxır, yerlərində rahat oturur, dərslətə daha yaxşı fikir verir. Onlar daha az qəzəblənir.”

Müəllimlərin çoxu emosional nailiyyətləri nəsillərin yeni çətinliklərin öhdəsindən gəlməsi üçün yubadılmış addım olduğunu deyir.

XS
SM
MD
LG