Accessibility links

Hindistan lideri ABŞ-ın H1-B viza proqramına dəyişiklik ediləcəyindən ehtiyat edir


Hindistanın baş naziri Narendra Modi Birləşmiş Ştatları minlərlə istedadlı hindli işçinin ABŞ-da işləyə bilməsi və Hindistanın 150 milyard dollarlıq softver sənayesinin inkişaf etdirilməsi üçün viza verilməsi prosesində “balanslı və uzaqgörən” siyasət aparmağa çağırıb.

Hindistan lideri iş vizaları barədə açıqlamaları respublikaçı konqresmen Bob Qudlatttenin başçılığı ilə ABŞ Konqresinin hər iki partiyadan 26 nəfərdən ibarət nümayəndə heyəti ilə görüşü zamanı verib.

Dehlidə Tramp administrasiyasının amerikalıların iş yerlərini qoruyub saxlaması üçün H1-B viza proqramlarına dəyişiklik edə biləcəyindən ehtiyat edirlər. Xarici işçilərə Amerikada işləmək icazəsi verən bu viza növündən ən çox Hindistanın texnologiya sahəsində çalışan işçilər yararlanır.

ABŞ nümayəndə heyəti ilə görüşündən sonra Modi hökumətinin informasiya naziri Ravi Şankar Prasad müxbirlərə baş nazirin iki ölkənin insanları arasında təmasların davam etdirilməsində birgə iş aparmaq istədiyini deiyb.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ-da prezident seçkiləri günüdür
please wait

No media source currently available

0:00 0:14:10 0:00
XS
SM
MD
LG