Accessibility links

Son beş ildə Hindistanda 110 milyon tualet inşa edilib


Son 60 ayda Hindistanın 600 milyon əhalisi üçün inşa edilən tualetlərin sayı 110 milyona çatıb.

Bu rəqəmə istinad edən ölkənin Baş Naziri Narendra Modi Hindistanın kənd bölgələrində tualet probleminə son qoyulduğunu deyib.

Hökumətin 5 il əvvəl hazırladığı dünyanın ən böyük tualet inşası proqramının nəticələri birmənalı deyil.

Yüz minlərlə kəndin tualetlə təmin edilməsində böyük irəliləyiş əldə edilsə də, mütəxəssislər bu problemin tam həll olunmadığını, hələ də tarlalarda və düzənliklərdə tualetlərin olmamasının normal hal olduğunu deyirlər.

Dünyanın ən çox əhalisi olan Hindistanda çox sayda insan bu yaxınlaradək evdaxili ayaqyoludan istifadə etmirdi. Onlar əsrlər boyu ayaqyolunun mətbəx və ibadət otağı ilə bir tavanın altında olmasına qarşı olub.

O vaxtdan bəri ölkədə təkmilləşdirilmiş dizaynla inşa edilən çoxsaylı tualetlərin tikilməsi ilə tualetdən istifadə edən insanların sayı artıb.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG