Accessibility links

Hindistanda koronavirusdan ölənlərin sayı 100 mini keçib


Şənbə günü dünyada COVİD-19-a yoluxma halları 35 milyona çatdığı bir vaxt Hindistanda virusdan ölənlərin sayı 100 mini keçib. Bu, dünyanın 3-cü ölkəsidir ki, belə bir göstəriciyə çatıb.

ABŞ hələ də birinci, Braziliyia isə üçüncü yerləri saxlamaqdadır.

Səhiyyə Nazirliyinin məlumatında 100 842 nəfərin həyatını itirdiyi, bir gündə 80 min olmaqla, virusa yoluxanların sayının 6.47 milyona çatdığı bildirilib.

Qışın və gələn ay Divali festivalının yaxınlaşması ilə dünyanın əhali çoxluğu baxımından ikinci yeri tutan Hindistanda xəstəliyin yeni sıçrayışı gözlənilir.

"Biz virusun yayılmasına yavaşlama müşahidə edirdik. Lakin yerli bir sıçrayış müşahidə edilə bilər" - deyə, Miçiqan Universitetinin bio-statistika üzrə professoru Bhramar Mukherjee Reuters-ə bildirib.

Onun dediyinə görə, 1.3 milyard əhalisi olan Hindistanda insanların 7 faizi virusa yoluxub.

Professor ilin sonunadək 12.2 milyon hindunun virusa yoluxaçağının təxmin edildiyini deyib. Bhramar Mukherjee əlavə edib ki, soal distansiya, maska və əl yumaqla virusun yayılma sürətini azaltmaq olar.

Şərhlərə bax

XS
SM
MD
LG