Accessibility links

Hindistanda qatar qəzaya uğrayıb


Hindistanın şimalında qatarın qəzaya uğraması nəticəsində xəsarət almış insanların axtarışı davam edir. Polisin verdiyi məlumata görə, qəza nətiəsində azı iki nəfər ölüb, 38 nəfər yaralanıb.

Paytaxt Dehlidən 400 kilometr uzaqlıqda yerləşən Utar Pradeş vilayətində qatarın azı 14 vaqonu relsdən çıxıb.

Qəzanın səbəbi hələ müəyyən edilməyib.

Bu, ərazidə son iki ay ərzində baş verən ikinci qatar qəzasıdır. Noyabr ayında Utar Predeş ştatında qatarın relsən çıxması nəticəsində 120-dən çox insan həyatını itirib.

Çərşənbə günü baş verən qatar qəzası Hindistanın köhnəlmiş dəmir yollarında təhlükəsizliklə bağlı yenidən müzakirələrə yol açıb. Hidistanda qatarların toqquşması və ya relsdən çıxması geniş yayılmış bir hala çevrilib və hər il minlərlə insan qatar qəzalarının qurbanı olur.

Rəmsilər bu qəzaları köhnə infrastruktur, insanların yol verdiyi səhvlər və qatarların nasaz vəziyyəti ilə əlaqələndirir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG