Accessibility links

Hindistanda ölənlərin sayı 17-ə çatıb, yüzlərlə insan həbs olunub


Hindistanda yeni vətəndaşlıq qanuna etirazlar
Hindistanda yeni vətəndaşlıq qanuna etirazlar

Hindistanın şimalında şənbə günü nümayişçilərlə polis arasında toqquşma nəticəsində doqquz nəfər həlak olub. Bununla ölkə boyu yeni vətəndaşlıq qanununa etirazlar zamanı ölənlərin sayı 23-ə çatıb.

Uttar Pradeş vilayətinin polis idarəsinin rəisi O.P. Sinq deyib ki, ən son ölən etirazçılar daxil olmaqla ştatda tələfatların sayı on beşə çatıb. “Ölənlərin sayı arta bilər”, Sinq deyib.

O əlavə məlumat paylaşmayıb.

Sinq deyib ki, ölənlərin çoxu gənclərdir. "Onların bəziləri güllə yarası nəticəsində həyarını itirib, amma bu güllə yaraları polisin atəş açmasının nəticəsi deyil. Polis yalnız gözyaşardıcı qazdan istifadə edib", o söyləyib.

Hindistanın şimal Rampur, Sambhal, Müsəffərnagar, Bicnor və Kanpur şəhərlərindəki etirazlar zamanı ona yaxın maşın yandırılıb.

Qanuna etiraz olaraq keçirilən nümayişlər baş nazir Narendra Modi 2014-cü ildə hakimiyyətə gələndən bəri onun hindu millətçi hökümətinə qarşı ən böyük etirazdır.

Polis bildirib ki, cümə günündən bəri ştatda 600-dən çox insan “tədbiq məqsədilə” həbs olunub.

Etirazçılar yeni vətəndaşlıq qanununa etiraz edir. Bu qanun hazırda Hindistanda qeyri-qanuni yaşayan amma müsəlmalnların çoxluq təşkil etdiyi Banqaldeş, Pakistan və Əfqanıstanda dini zəmində təqiblə üzləşdiklərini sübut edə bilən hindular, xristianlar və digər dini azlıqlara şamil olunur.

Tənqidçilər deyir ki, bu qanun baş nazir Narendra Modinin millətçi hindu hökümərinin Hindistanın 200 milyon müsəlman əhalisini təcrid etmək səylərinin bir hissəsidir.

Modi isə bunun humanitar jest olduğunu söyləyir.

XS
SM
MD
LG