Accessibility links

Hindistanda 24 saat ərzində koronavirusa dünyada rekord yoluxma halı qeydə alınıb


COVID-19-a yoluxmaların qarşısının alınması məqsədilə maska taxan motosikletçilər Dehlidəki bazar yaxınlığından keçir, 30 avqust, 2020.
COVID-19-a yoluxmaların qarşısının alınması məqsədilə maska taxan motosikletçilər Dehlidəki bazar yaxınlığından keçir, 30 avqust, 2020.

Hindistanda bazar günü 24 saat ərzində koronavirusa 78761 yoluxma halı qeydə alınıb. Bu, pandemiya başlayandan dünyada bir gün ərzində yoluxmalarda ən yüksək artımdır. Bu arada, ölkədə iqtisadi fəaliyyətlərin bərpası davam edir.

Hindistanda artıq dördüncü gündür yoluxma hallarının sayı 75000-dən artıqdır.

1.4 milyard əhalisi olan Hindistan dünya üzrə Birləşmiş Ştatlar və Braziliyadan sonra yoluxmalara görə üçüncü yerdədir. Səhiyyə nazirliyinin verdiyi məlumatlara əsasən, ölkədə 3.5 milyon yoluxma və 63000 ölüm halı təsdiq edilib.

Berlində COVID-19 ilə əlaqədar tətbiq edilmiş məhdudiyyətlərə qarşı nümayişlər keçiriib.
Berlində COVID-19 ilə əlaqədar tətbiq edilmiş məhdudiyyətlərə qarşı nümayişlər keçiriib.

Avropanın bir neçə şəhərində şənbə günü COVID-19 epidemiyası başlayandan tətbiq edilmiş məhdudiyyətlərə qarşı nümayişlər keçirilib.

Berlində on minlərlə insan maska taxılması və sosial məsafə saxlanılması əleyhinə nümayiş keçirmək üçün küçələrə çıxıb. Polis təxminən 300 nümayişçinin həbs edildiyini bildirib.

Londonda Trafalqar meydanında toplaşan nümayişçilər maskalar və sosial məsafə qaydalarına etiraz edib.

Parisdə bir neçə yüz nümayişçi parytaxtda icbari maska taxılması əleyhinə nümayiş keçirib.

Zürix şəhərində isə təxminən 1000 nəfərin keçirdiyi nümayişdə etirazçılar COVID-19 ilə əlaqədar qanunlarla bağlı şübhələrini bildirirək, “azadığa qayıtmağa” çağırıb.

Cons Hopkins Universitetinin verdiyi məlumata əsasən, dünyada COVID-19-a 25 milyondan çox yoluxma halı qeydə alınıb. Birləşmiş Ştatlarda yoluxmaların sayı 6 milyona çatır. ABŞ-dan sonra gələn Braziliyada 3.8 milyon, yoluxma halı qeydə alınıb.

XS
SM
MD
LG