Accessibility links

Hindistanda atəşfişanlıq fabriki alovlanıb


Hindistanda atəşfişanlıq fabrikinin alovlanması ilə 9 nəfər həyatını itirib.

Telanqana ştatının Varanqal vilayətində yerləşən fabrikdə yanğın işçilərin fabrikə daxil olduqlarında baş verib.

Polis 9 nəfərin ölümündən əlavə 4 nəfərin də xəsarət aldığını bəyan edib.

Fabrik darvazalarının biri partlayış səbəbi ilə dağılıb.

Yanğınsöndürənlər içəridə qalan insanları xilas etməyə çalışıb. Onların bəziləri aşkar edildikdə tanınmaz halda olub.

Yerli mətbuat yanğına elektrik nasazlığının səbəb olduğunu bildirir.

Hindistanda iş yerlərində qəzalar tez-tez baş verir. Belə ki, bu ölkənin təhlüksizlik standartları və qaydalara riayət olduqca aşağı səviyyədədir.

Yanvar ayında plastik zavodunda yanğın 17 işçinin ölümünə səbəb olmuşdu. Bunabənzər digər bir insident şimal Ludhiana şəhərində baş vermiş, nəticədə 13 insan həyatını itirmişdi.

Dünyaya Baxış

Dünyaya Baxış. Cənubi Koreyanın impiç edilmiş prezidenti nəzarət altına alınıb
please wait

No media source currently available

0:00 0:12:42 0:00

Amerika İcmalı

Amerika İcmalı. Cimmi Karterlə vida mərasimi. Azərbaycan-İran münasibətləri.
please wait

No media source currently available

0:00 0:29:40 0:00
XS
SM
MD
LG