Accessibility links

Hindistanda avtobus qəzasında onlarla adam ölüb


Bazar ertəsi Hindistanın şimalında azı 29 nəfərin ölümü ilə nəticələnən avtobus qəzasının baş verdiyi yerdə xilaetmə işləri aparılır.

Hökumət rəsmisinin bildirdiyinə görə, avtobus qəzaya səhər tezdən, sərnişinlər yatan zaman Uttar Pradeş ştatının Yamuna magistral yolunda aşaraq, kənardakı kanalizasiyaya düşüb.

Avtobus qəzası Luknodan ölkənin paytaxtı Dehliyə gedərkən olub.

Rəsmilər qəza zamanı 18 nəfərin yaralandığını və qəzanın səbəbinin araşdırıldığını bildirib.

Hindistan dünya boyu yollarında ən çox qəza baş verən ölkədir ki, bu ölkədə hər il yol qəzası səbəbindən 150 minə yaxın insan ölür, 470 min insan isə yaralanır.

Qəzalara ən çox səbəb isə sürətlə idarəetmə, yolların pis və avtomobillərin köhnə olmasıdır.

Dünyaya Baxış

Dünyaya Baxış. Qadın hüquqları fəalı azyaşlının zorlanmasına etiraz edib
please wait

No media source currently available

0:00 0:10:01 0:00

Amerika İcmalı

Amerika İcmalı - 15 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:08 0:00
XS
SM
MD
LG