Accessibility links

Hindistanda bir sutkada koronavirusa rekord yoluxma qeydə alınıb


Hindistanda aprelin 22-si bir gündə koronavirusa 314835 yeni yoluxma halı qeydə alınıb. Bu, bir ildən çox davam edən pandemiya zamanı hər hansı ölkədə bir sutkada qeydə alınan ən yüksək yoluxma göstəricisidir.

Müqayisədə isə Cons Hopkins Koronavirus Resurs Mərkəzinin bildirdiyinə görə, Birləşmiş Ştatlarda bir gündə 300310 yeni yoluxma baş verib.

Dünyanın ikinci ən çox əhaliyə sahib ölkəsi olan Hindistanda ikinci yoluxma dalğası baş verir və bu səbəblə ölkənin səhiyyə sistemi çökməyə yaxındır. Belə ki, xəstəxanalar dolub və oksigen balonlarının çatışmazlığı ilə üzləşir. Oksigen çatışmazlığı o dəcərədə kəskindir ki, Yeni Dehlidə yüksək instansiyalı məhkəmə milli hökumətə sənayelərdə istifadə olunan oksigeni xəstəxanalara köçürməyə göstəriş verib.

Hindistanda cümə axşamı ardıcıl olaraq səkkizinci gün 200000-dən çox yoluxma qeydə alınıb və bununla ölkədə ümumi yoluxmaların sayı 15.9 milyonu keçib. Hindistan 31.8 milyon yoluxma ilə birinci yerdə gələn Bİrləşmiş Ştatlardan sonra ikinci yerdədir. Hindistanın Səhiyyə Nazirliyi həmçinin cümə axşamı 2104 nəfərin öldüyünü və bununla ölənlərin sayının 184657-ə çatdığını bildirib.

Ekspertlər yoluxma hallarında artıma virusun daha yoluxucu variantının, habelə böyük izdihamların toplanmasına qadağanın aradan qaldırılmasının səbəb olduğunu deyir. Baş nazir Narendra Modi çox insanın toplaşdığı siyasi mitinqlər keçirdiyinə və milyonlarla zəvvarın qatıldığı hindu dini festivalın keçirilməsinə icazə veridyinə görə qınaqlarla üzləşib.

Cons Hopkinsin son məlumatına görə, dünya boyu koronavirusa 143863870 yoluxma halı, o cümlədən 3 milyondan çox ölüm qeydə alınıb. ABŞ yoluxma və ölüm hallarına görə dünya ölkələri arasında birinci yerdədir.

Çərşənbə axşamı New England Tibb Jurnalında dərc olunun araşdırmanın nəticələri Pfizer və Moderna şirkətlərinin hazırladığı iki dozalı vaksinlərin hamiləlik zamanı ciddi risklər yaratmadığını göstərib.

Araşdırmada ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin smartfonlara əsaslanan vaksin müşahidə sisteminin topladığı məlumatlardan istifadə olunub. Həmin systemin iştirakçıları səhhətləti və peyvən olunandan sora yaranan yan təsirlərlə bağlı suallara cavab verirlər. 2020-ci ilin dekabrın 14 ilə 2021-ci ilin fevralın 28 arasında bu iki vaksindən birini qəbul edən 35000-dən çox hamilə qadın hamilə omayan qadınlarla bənzər yan təsirlərinin olduğunu bildiriblər ki, buna iynənin vurulduğu yerdə ağrı, yorğunluq, baş və əzələ ağrısı daxildir.

Şərhlərə bax

XS
SM
MD
LG