Accessibility links

Hindistanda COVID-19-a gündəlik yoluxma halları 40 mindən aşağı düşüb


Hindistanın COVID xəstələrinin gündəlik sayı bazar günü 40 mindən aşağı düşüb. Səhiyyə Nazirliyi bazar ertəsi əvvəlki 24 saat müddətindəki dövrdə 37154 yeni yoluxma hadisəsinin qeydə alındığını bildirib.

Cənubi Koreyada bazar günü 1100 yeni yoluxma halının qeydə alındığını bildirib. Yoluxma hallarının artması Cənubi Koreyanın infeksiyaların yayılmasını dayandırmaq üçün Seulda və qonşu bölgələrdə yeni məhdudiyyətlər tətbiq etdiyi vaxt baş verir.

Bu arada, Uqandada hökumət naziri Kris Baryomunsi ölkəsinin peyvənd almaq üçün pulu olduğunu, ancaq Qərb ölkələrindən vaksin almaqda çətinlik çəkdiyini deyib.

"Bu, əldə etmək imkanı və bərabərlik problemidir" - deyə, eyni zamanda epidemioloq olan Baryomunsi Guardian qəzetinə bildirib.

“Pulumuz var, amma peyvənd ala bilmirik. Qərb dünyasına güvənməliyik, ancaq Qərb öz əhalisini düşünür. Belə bir təsəvvür yaranır ki, oradakı insanlar afrikalılara əhəmiyyət vermir” - deyə, o əlavə edib.

Ötən həftə Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus pandemiyanın üzə çıxardığı qlobal səhiyyə bərabərsizliyindən danışmışdı.

"Qlobal səviyyədə pandemiya dərin bir boşluq, həmrəylik və paylaşma çatışmazlığını üzə çıxarıb: hər ölkənin öz xalqının təhlükəsizliyini təmin etməsi üçün əhəmiyyətli epidemioloji məlumatların bölüşdürülməsi, qaynaqlar, texnologiya və alətlərin paylaşılmasından istifadə etməsi lazımdır" - deyə, Tedros bildirib.

“COVID-19-dan dərs almalıyıq. Çünki bu, görünməmiş bir şeydir. Bu pandemiya cəmiyyətlərimizdəki bərabərsizliklər arasında inkişaf edib və səhiyyə sistemlərimizdəki boşluqlardan istifadə edib. Bu, ölkələr arasındakı və daxili fərqləri daha da artırıb. Biz indi danışdığımız zaman zəngin ölkələr əhalisini vaksinasiya edir, dünyanın əksər hissəsinə izləmək və gözləmək qalır. Biz haqsızlığı, ədalətsizliyi görürük. Bütün peyvəndlərin 70%-dən çoxu yalnız on ölkədə tətbiq edilmişdir” - deyə, ÜST rəhbəri bildirib.

Şərhlərə bax

Amerika İcmalı

Amerika İcmalı - 30 İyul 2021
please wait

No media source currently available

0:00 0:30:18 0:00
XS
SM
MD
LG