Accessibility links

Hindistanda COVID-19-a yeni rekord yoluxma halı qeyd edilib


Tibb işçiləri Mumbayda COVID-19 testi keçirir, 5 avqust, 2020.
Tibb işçiləri Mumbayda COVID-19 testi keçirir, 5 avqust, 2020.

Hindistanın Səhiyyə Nazirliyi bazar günü 24 saat ərzində COVID-19-a dünyada bir gün ərzində yoluxmalarda ən yüksək artım - 90 632 yeni yoluxma halının qeydə alındığını bildirib.

Cons Hopkins Universitetinin verdiyi məlumata əsasən, Hindistanda koronavirusa 4 113811 yoluxma halı təsdiq edilib. Bu, dünyada yoluxma hallarına görə ABŞ və Braziliyadan sonra üçüncü ən böyük göstəricidir. Birləşmiş Ştatlarda yoluxmaların sayı 6 245866, Braziliyada 4 123000-dir.

The New York Times qəzeti BMT baş katibinin humanitar işlər üzrə müavininin məktubu haqda məlumat verib. BMT Təhlükəsizlik Şurasına ünvanlanan məktubda Konqo Demokratik Respublikası, Nigeriyanın şimal-şərqi, Cənubi Sudan və Yəmənin “COVID-19 nəticəsində ağırlaşan” bir sıra problemlərlə əlaqədar aclıq astanasında olduğu və milyonlarla insanın təhlükədə yaşadığı deyilir. Qəzet Təhlükəsizlik Şurasının üzvlərilnə ünvanlanan məktubun ictimaiyyət üçün açıqlanmadığını bildirib.

Bu arada, Vaşinqton Universitetinin Səhiyyə Göstəriciləri və Qiymətləndirmə İnstitutu (IHME) ABŞ-da COVID-19 xəstəliyi səbəbi ilə yanvarın 1-nə qədər ölənlərin sayının 410 000-dən çox ola biləcəyini göstərən son modelini açıqlayıb.

Dünya üzrə proqnozlaşdırılan rəqəmlər isə daha ciddidir. İnstitut yanvarın 1-nə qədər dünya üzrə ölüm hallarının üç dəfə artaraq, 2.8 milyona çata biləcəyini proqnozlaşdırır.

Cons Hopkins Universitetinin məlumatına əsasən, dünyada COVID-19-a təxminən 27 milyon yoluxma halı qeydə alınıb, 879 000-dən çox insan xəstəlik nəticəsində həyatını itirib.

XS
SM
MD
LG