Accessibility links

Hindistanda COVID-19-a yoluxmalarda rekord göstəricilər səngimək bilmir


Hindistanda COVID-19-a yoluxmalarda rekord göstəricilər qeydə alınmaqda davam edir. Ölkənin Səhiyyə Nazirliyi aprelin 29-da 379 257 yeni yoluxma və 3 745 ölüm halının qeydə alındığını xəbər verib.

Hökümət 18 yaşdan yuxarı hər kəsin peyvəndlənməsi üçün qurduğu vebsayt sismtində axsaqlıqlar yaşandığını bildirir. Plana əsasən vaksinasiya bu həftənin şənbə günü başlamalıdır.

Bir çox insan sosial şəbəkələrdə ya vebsaytın çökdüyünü, ya da peyvəndlənmə üçün vaxt ala bilmədiklərindən şikayətlənir.

Cons Hopkins Koronavirus Resurs Mərkəzinin məlumatına görə Hindistanda ümumi yoluxmaların sayı 18,3 milyona çatıb. Ölənlərin ümmumi sayı isə 204 832-dir.

Koronavirusun ikinci dalğası Hindistanın səhiyyə sistemini iflic vəziyyətinə salıb. Xəstəxanalar indi tam güclə fəaliyyət göstərir və ölkədə oksigen çatışmazlığı yaşanır.

Ölkədəki bir çox park və dayanacaq cəsədləri yandırmaq üçün gecə-gündüz çalışan müvəqqəti krematoriyalara çevrilib.

İctimai səhiyyə mütəxəssisləri bu yayılmanı virusun daha yoluxucu variantları, eləcə də məhdudiyyətlərin yüngülləşdirilməsi ilə əlaqələndirir.

Baxmayaraq ki, ölkədə səhiyyə böhranı yaşanır, Qərbi Benqal əhalisi seçkiyə gedir. 8 milyon potensial seçicinin 11 800-ü cümə axçamı səs vermək üçün uzun növbələrə dayanıb. Hökümət bunun seçkilərin sonuncu mərhələsi olduğunu bildirir.

Baş nazir Narendra Modi və onun Bharatiya Janata Partiyası son bir neçə həftə ərzində Qərbi Benqal ştatında kütləvi seçki mitinqləri keçirdiyinə görə tənqid olunur.

Səhiyyə mütəxəssisləri mitinqlərdən sonra ştatda 17 mindən çox yeni yoluxma halının qeydə alındığını xəbər verib. Bu isə pandemiya başlayandan bəri ştatda qeydə alınmış ən yükəsk göstəricidir.

Dünyaya Baxış

Dünyaya Baxış. Meksika vəd etdiyi 10 000 əsgərin ilk qrupunu ABŞ-la sərhədə yerləşdirib
please wait

No media source currently available

0:00 0:10:34 0:00

Amerika İcmalı

Amerika İcmalı. Vaşinqton səmasında qəza. ABŞ-Azərbaycan münasibətlərinin perspektivləri.
please wait

No media source currently available

0:00 0:30:10 0:00
XS
SM
MD
LG