Hindistanda COVID-19-a yoluxmalar sürətlə artır. Ölkənin Səhiyyə Nazirliyi cümə günü son 24 saat ərzində rekord sayda - 332.730 yeni yoluxma halının qeydə alındığını bildirir. Ondan əvvəlki gün bu göstərici 314.835 idi.
Paytaxt Yeni Dehlidə ən az altı xəstaxanada oskigen tükənib və ya tükənmək üzrədir.
Oksigen çatışmazlığı o qədər kəskindir ki, paytaxtdakı ali məhkəmə milli hökumətə sənayedə istifadə olunanan oksigenin xəstəxanalara yönləndirməsini əmr edib.
Digər tərəfdən cümə günü ölkənin qərbindəki Vijay Vallabh xəstəxanasında baş verən yanğın 13 COVID-19 xəstəsinin ölümünə səbəb olub.
Baş nazir Narendra Modi cümə günü koronavirus pandemiyasına qarşı mübarizə aparmağın yollarını müəyyən etmək üçün ölkənin nazirləri ilə görüş keçirib.
Cons Hopkins Koronavirus Resurs Mərkəzi bildirir ki, ümumilikdə Hindistanda təxminən 16 milyon insan COVID-19-a yoluxub. Bu səbəbdən də Hindistan yoluxma hallarının sayına görə ABŞ-dan sonra ikinci yerdə gəlir.
Bu arada Yaponiya da Tokio Olimpiya Oyunlarını başlamasına cəmi üç həftə qalmış yoluxmaların kəskin artması səbəbindən fövqəladə vəziyyət elan edəcəyini xəbər verir.
AFP-nin verdiyi məlumata görə, Yaponiyanın virusa qarşı mübarizə naziri Yasutoşi Nişimura cümə günü deyib ki, "Bizdə güclü böhran hissi var."
Cons Hopkins Universitetinin məlumatına görə, Yaponiyada 550 mindən çox COVID-19-a yoluxma halı qeydə alınıb.