Accessibility links

Hindistanda hərbi bazaya hücum - 17 ölü


An Indian paramilitary soldier stands guard during curfew in Srinagar, Indian controlled Kashmir, Sept. 13, 2016.
An Indian paramilitary soldier stands guard during curfew in Srinagar, Indian controlled Kashmir, Sept. 13, 2016.

Bu gün Hindistanın Pakistanla sərhədindəki Kəşmir hərbi bazasında son 20 ilin ən qanlı hücumu törədilib. Yaraqlıların hücumu nəticəsində 17 əsgər həlak olub, 20-dən çox hərbçi isə yaralanıb.

Rəsmilər deyir ki, güclü silahlanmış 4 zirehli maşın hərbi düşərgəyə hücum edib. Düşərgə Hindistan Kəşmirinin paytaxtı Srinagardan qərbdə Uri şəhərində yerləşir.

Ordunun açıqladığı bəyanatda 4 yaraqlının öldürüldüyü bildirilir. Bölgədə yaraqlıların başqa mümkün sığınacaqlarının tapılması istiqamətində axtarışlar başlayıb.

Yerli reportyorların məlumatına görə, silahlı qarşıdurma saatlarla davam edib və ərazidən çoxsaylı qumbara partlayışlarının səsi gəlib.

Hindistan baş naziri Narendra Modi şəxsi Twitter hesabı vasitəsilə hücumu sərt tənqid edərək onu "Qorxaq terror hücumu" adlandırıb. "Mən xalqı əmin edirəm ki, bu nankor hücumu həyata keçirənlər cəzasız qalmayacaq" - deyə baş nazir yazıb.

Mən xalqı əmin edirəm ki, bu nankor hücumu həyata keçirənlər cəzasız qalmayacaq.
Hindistanın baş naziri

Ordu rəsmilərinin sözlərinə görə, ölənlərin sayının çox olması, içərisi əsgərlə dolu düşərgənin atəşə məruz qalması ilə bağlıdır.

Hadisədən sonra yaralı əsgərlər vertolyotlarla paytaxt Srinaqardakı hospitallara çatdırılıb.

XS
SM
MD
LG