Accessibility links

Hindistanda koronavirusa son 24 saata 11 min yoluxma halı qeydə alınıb


Cümə günü Hindistan son 24 saatda koronavirusa 11 min yeni yoluxma halının aşkarlandığı barədə xəbər verib. Bununla Hindistan koronavirusa umumi yoluxma sayına görə ABŞ, Braziliya, Rusiyadan sonra dördüncü yerdə gəlir.

Cons Hopkins Universitetininin məlumatlarına əsasən dünya üzrə 7,5 milyon yoluxma hallarının 300 minə yaxını Hindistanın payına düşür.

Peyvənd gözləntiləri

ABŞ-ın Moderna adlı biotexnologiya şirkəti gələn ay mümkün koronavirus peyvəndinin ilk genişmiqyaslı sınağını keçirəcəyini bildirib. Şirkət cümə axşamı verdiyi açıqlamada deyib ki, ilkin sınaq 30 min könüllü üzərində aparılacaq. Sınaq zamanı bəzi şəxslərə həqiqi peyvənd bəzilərinə isə plasebo vurulacaq.

Bununla bərbər Çinin Sinovac şirkəti də Barziliyada doqquz min könüllü üzərində öz peyvəndini sınaqdan keçirəcək.

Tramp adiministrasiyası "Yüksək sürətli əməliyyat" adı altında vaksinin hazırlanması üçün hazırda özəl laboratoriyalarla işləyir. Administrasiya yanvar ayına qədər 300 milyon dozada COVID-19 peyvəndin hazır olacağına ümid edir.

Lakin mütəxəssislər bir peyvəndin virusun qarşısının alınmasına yardım edəcəyinə və ya təsirinin bir neçə aydan çox davam edəcəyinə zəmanətin olmadığını deyirlər.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG