Hindistanın şərq ştatı Biharda seçkiləri zamanı Maoist üsyançılarının quraşdırdığı ehtimal olunan bombanın partlaması nəticəsində iki əsgər həlak olub, üçü isə yaralanıb.
Rəsmilər bildirir ki, əsgərlər üsyançıların istinadgahı olan Munqer ştatında patrul xidmətini yerinə yetirdikləri vaxt onların avtomobili paytaxt Patna şəhərində minalı əraziyə aşıb.
Hücum seçkilərin üçüncü günü baş verib. Beş həftə davam edəcək səsvermə miliyonlarla insana seçkilərdə iştirak etməyə imkan yaradır.
Namizədlər parlamentdə 534 yer üçün yarışırlar.
Əsas müxalifət Bharatiya Canata partiyasının irəlidə getdiyi müşahidə edilir. Hazırda parlamentdə Konqress partiyası üstünlük təşkil edir.
Seçki nəticələri may ayının 16-da elan olunacaq.