Accessibility links

Hindistanda müdafiə naziri vəzifəsinə qadın təyin edilib


Hindistanın baş naziri Narendra Modi bazar günü kabinetində dəyişikliklər edərək, müdafiə naziri vəzifəsinə qadın təyin edib. Kabinetdə dəyişikliklər 2019-cu ildə keçiriləcək ümumi seçkilərdən əvvəl vədlərin yerinə yetirilməsi səylərinin bir hissəsi olaraq keçirilir.

Nirmala Sitharaman son 35 ildə bu mühüm vəzifəyə təyin edilmiş ilk qadındır. Hindistanın keçmiş baş naziri İndira Qandi də ölkənin müdafiə naziri olmuşdu.

58 yaşlı Sitharaman Hindistanın keçmiş ticarət nazirinin müavinidir. O, müdafiə naziri vəzifəsinə Hindistanın qonşuları Çin və Pakistanla münasibətlərində gərginliklərin olduğu bir vaxt gəlir. Sitharaman qətiyyətli, effektiv və fikirlərini aydın ifadə etmək qabiliyyətinə malik olması ilə tanınır.

Sitharaman Hindistanın nazirlər kabinetində vəzifə tutan ikinci qadındır. Suşma Svarac Hindistanın xarici işlər naziridir.

Televiziya vasitəsilə etdiyi çıxışında Sutharaman deyib ki, bu təyinat “başqa ölkələrin Hindistanın misalına baxması üçün bir mesaj” mənası daşıyır.

Baş nazir Modi 2019-cu il seçkilərinə qədər vəzifə müddəti bitənə qədər idarəçiliyin yaxşılaşdırılması məqsədilə kabinetində dəyişikliklər edərək, doqquz yeni nazir təyin edib.

Modinin populyarlığının yüksək olmasına baxmayaraq, Hindistan iqtisadiyyatının inkişafı üç ildə ən aşağı səviyyədədir. Tənqidçilər baş nazirin 2014-cü ildə “Yeni Hindistan” yaratmaq vədi ilə hakimiyyətə gəlməsindən sonra verdiyi sözləri yerinə yetirməməkdə günahlandırır.

Siyasi təhlilçilər Modinin Hindistan iqtisadiyyatının dirçəldilməsi və gənclər üçün yeni iş yerlərinin açılması kimi təşəbbüslərində daha artıq uğur qazanmaq üçün təzyiqlərlə qarşılaşdığını bildirir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG