Accessibility links

Hindistanda qanunsuz spritli içkidən 84 nəfər ölüb


Hindistanın şimal-şərqindəki rəsmilər deyir ki, azı 84 nəfər qadağan edilmiş spirtli içki içəndən sonra ölüb, əlavə 200 nəfər isə xəstəxanaya yerləşdirilib. Onların bəzilərinin vəziyyəti kritikdir.

“İnsanlar fasiləsiz qusmaq, kəskin sinə ağrısı və nəfəs çatışmazlığı şikayəti ilə xəstəxanaya gəlib”, Dr. Ratul Bordoloi Fransanın AFP xəbər agentliyinə bildirib.

Bu hal nəticəsində yerli xəstəxanalar dolub.

Zərərçəkənlərin çoxu çay plantasiyasının işçiləridir.

Polis istintaq başladıb və artıq bir neçə nəfər həbs olunub.

Hindistanda hər il yüzlərlə insan ucuz, qanunsuz şəkildə istehsal olunan içki səbəbilə həyatını itirir.

İki həftə öncə də 100-dən çox insan xarab olmuş spirtli içkidən ölüb.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG