Accessibility links

Hindistanda sərnişin təyyarəsi qəzaya uğrayıb: ölən və yaralananlar var


Hindistanın Air India Express sərnişin təyyarəsinin cümə günü Kalikut şəhərinə eniş etdikdən sonra uçuş zolağından çıxaraq qəzaya uğradığı xəbər verilir. Polis nəticədə azı iki nəfərin öldüyünü və 35 nəfərin xəsarət aldığını bildirib.

Mülki aviasiya nazirliyi yaydığı açıqlamada Dubaydan gələn Boeing-737 təyyarəsinin göyərtəsində 191 sərnişin və ekipaj üzvünün olduğu bildirib. Təyyarədə həmçinin 10 körpənin də olduğu xəbər verilir.

"Biz iki nəfərin öldüyünü və 35 nəfərin yaralandığını güman edirik, hələ ki, xilasetmə işləri davam edir," polis idarəsinin rəisi Əbdül Kərim deyib.

Rəsmilər təyyarənin gövdəsinin 30 metr aşağıdakı bir vadiyə düşdükdən sonra ikiyə bölüldüyünü bildirir.

"İlkin məlumatlara görə xilasetmə işləri davam edir və sərnişinlər tibbi yardım üçün xəstəxanaya aparılır" - deyə mülki aviasiya nazirliyinin açıqlamasında deyilir. Açıqlamada həmçinin təyyarədə yanğının baş vermədiyi də bildirilir.

Bu uçuşun hökümət tərəfindən koronavirusun yayılmasının qarşısını almaq üçün tətbiq olunan beynəlxalq səyahət məhdudiyyətləri səbəbilə başqa ölkələrdə ilişib qalan hindistanlıları ölkəyə geri gətirmək üçün həyata keçirildiyi bildirilir.

XS
SM
MD
LG