Accessibility links

Hindistanda son 24 saat ərzində COVID-19-dan 4529 nəfər ölüb


Hindistan COVID-19 pandemiyasından bir gündə ölənlərin sayının ən yüksək həddə çatdığını bildirib.

Səhiyyə Nazirliyinin çərşənbə günü bildirdiyinə görə, son 24 saat ərzində COVID-19-dan 4529 nəfər ölüb. Bu, Cənubi Asiya ölkəsində pandemiya dövründə ilk dəfə gündəlik 4500-dən çox ölüm halının qeydə alınması deməkdir.

Hindistanda hazırda COVID-19-a 25.4 milyondan çox yoluxma, 283248 təsdiqlənmiş ölüm halı qeydə alınıb. Bu ölkə 32.9 milyon yoluxma, 587219 ölüm qeydə alınan ABŞ-dan sonra gəlir.

Dünyanın ikinci ən sıx ölkəsində infeksiyaların artması xəstəxanaların dolmasına və kəskin şəkildə oksigen çatışmazlığına, ölüləri yandırmaq üçün çoxlu sayda müvəqqəti krematoriya yaradılmasına səbəb olub. Mütəxəssislərin fikrincə, əsl rəqəmlər rəsmi göstəricilərdən daha çoxdur.

COVID-19-a yoluxmaların artması səbəbindən yaxınlaşan Tokio Olimpiya Oyunlarını ləğv etmək çağırışları fonunda Beynəlxalq Olimpiya Komitəsinin sədri Tomas Bax çərşənbə günü Yaponiyanın paytaxtında həm Olimpiya, həm də ondan sonra keçiriləcək Paralimpiyada iştirak edən hər kəs üçün oyunların təhlükəsiz olacağına söz verib.

Bax Olimpiya Şəhərciyi sakinlərinin 80%-dən çoxuna peyvənd tətbiq ediləcəyini və oyunlar zamanı müxtəlif milli olimpiya komitələrindən əlavə tibb işçilərinin də gətiriləcəyini bildirib.

Bu arada Tayvan rəsmiləri də çərşənbə günü adanın Ümumdünya Səhiyyə Təşkilatının COVAX təşəbbüsü ilə 400000 AstraZeneca peyvəndi alacağını bəyan edib.

COVID-19-un adada 3-cü dalğası barədəki xəbərdarlıqdan sonra paytaxt Taypeydə vacib olmayan bütün müəssisələr bağlanıb və sakinlərın açıq havada maska taxmaları kimi məhdudiyyətlər tətbiq edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Tofiq Yaqublu döyülməsi ilə bağlı prokurorluqda ifadə verib
please wait

No media source currently available

0:00 0:11:46 0:00

Amerika İcmalı

Amerika İcmalı - 3 Dekabr 2021
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG