Accessibility links

Hindistanda təyyarə qəzası nəticəsində 18 nəfər ölüb


Hindistanın cənubunda baş verən təyyarə qəzası nəticəsində azı 18 nəfər ölüb, 125 nəfər yaralanıb. Qəzaya səbəb təyyarənin yağışlı hava şəraitində uçuş-enmə zolağından sürüşərək yaxınlıqdakı vadiyə düşməsi olub.

Air India Express təyyarəsi cümə günü yerli vaxtla axşam saat 7:40 radələrində Kerala ştatının Kojikode şəhəri yaxınlığında yerləşən Kalikut hava limanında pilotun təyyarəni ikinci dəfə endirmək cəhdi zamanı uçuş-enmə zolağından kənara çıxıb və iki hissəyə bölünüb.

Rəsmilər deyir ki, təyyarənin üzü aşağı yerə çırpılması nəticəsində təyyarənin gövdəsi qırılıb. Hadisə yerində çəkilən şəkillərdə Boeing 737 təyyarəsinin iki hissəsindən bir-birindən bir neçə metr aralıda olduğu göstərilib.

Qəza nəticəsində hər iki pilot həyatını itirib, yaralananların bəzilərinin vəziyyətinin kritik olduğu bildirilir.

Dubaydan gələn təyyarədə Hindistanın koronavirus pandemiyası səbəbilə mart ayında beynəlxalq uçuşları dayandırması səbəbilə xaricdə ilişib qalan hinistanlılar ölkələrinə geri gətirilirdi. Təyyarədə 10 körpə daxil olmaqla 190 sərnişin və altı ekipaj üzvü olub.

Onlar cümə günü üç saat davam edən əmliyyat nəticəsində təyyarədən çıxarılıblar.

Mülki Aviasiya naziri Hardip Puri deyib ki, xilasedicilər sərnişinlərin çoxunu xilas edə bilib, çünki təyyarədə yanğın baş verməyib.

“Təyyarə yansa işimiz daha çətin olardı,” o deyib.

O, 127 nəfərin xəstəxanada olduğunu bildirib.

Puri qəzanın səbəbinin yalnız təhqiqat nəticəsində bəlli olacağını desə də, hava şəraitinin musson yağışları səbəbilə əlverişli olmadığını bildirib.

“Pilot təyyarəni uçuş-enmə zolağının sonunda durdurmağa çalışıb, amma sürüşkən şərait səbəbilə qəza baş verib,” Puri söyləyib.

Keralada spn bir neçə yüngür ağır musson yağışları yağır.

Xəsarət alan sərnişinlərin bəziləri müxbirlərə deyib ki, pilot onlara hava şəratinin çox pis olduğu barədə xəbərdarlıq edib.

Rəsmilər şənbə günü rəqəmsal qara qutunun hadisə yerindən alındığını bildirib.

XS
SM
MD
LG