Accessibility links

Hindistanda fişəng fabrikində partlayış baş verib


Hadisə zamanı 52 adam həlak olub

Hindistanın cənubunda fişəng fabrikində baş vermiş partlayış nəticəsində ən az 52 nəfər həlak olub.

Rəsmilərin bildirdiyinə görə, çərşənbə günü baş verən partlayış Tamil Nadu ştatındakı fişəng fabrikində böyük yanğına səbəb olub.

Şahidlərin bildirdiyinə görə, Sivakasi şəhərindəki zavodun üzərini tüstü bürüyüb.

Dağıntılar altından cəsədləri çıxaran rəsmilər ölənlərin sayının daha çox olacağından ehtiyat edirlər.

Yanğın çox sayda insanın ölümünə səbəb olub. Yerli mətbuat orqanı partlayış vaxtı 250 nəfərdən çox insanın fabrikdə işlədiyini bildirib.

Yanğının səbəbi hələlik məlum deyil.

Hindistanda dini festivallar və toy mərasimləri çox vaxt atəşfəşanqla müşayiət olunur.
XS
SM
MD
LG