Accessibility links

Hindistanın qədim Hindu məbədində aşkar edilən xəzinənin dəyəri onlarla milyard dollardır


Hindistanın qədim Hindu məbədində aşkar edilən xəzinənin dəyəri onlarla milyard dollardır
Hindistanın qədim Hindu məbədində aşkar edilən xəzinənin dəyəri onlarla milyard dollardır

Xəzinədə qızıl, antik məmulatlar, qiymətli daşlar aşkar edilib

Hindistanın Ali Məhkəməsi bu yaxınlarda qədim Hindu məbədində aşkar edilən xəzinənin yerli hakimiyyətə təhvil verilməsi barədə qərar qəbul edib. Xüsusi forma geyən Hindistan polisi bütün polis işçiləri kimi silah gəzdirir və onu Hindu zəvvar paltarı altında gizlədir. Göy rəngli örtük isə onların qanun keşikçisi olduğunu müəyyən etməyə imkan verir.

Ağır silahlanmış keşikçilər gecə və gündüz Kerala vilayətinin Thirunananzapuram şəhərindəki məbədi qoruyur. Məbədin qapıları son zamanlar aparılan təhqiqatlar üçün açıqdır. Xəzinədə onlarla milyard dollar dəyərində qızıl, antik məmulatlar, qiymətli daşlar aşkar edilib. Dünyada heç vaxt belə bir zənginliyə rast gəlinməyib.

Kerala vilayətinin baş naziri Omen Çandi burada xəzinə olduğunu bildiklərini, lakin bu qədər qiymətli olduğunu bilmədiklərini deyib. Baş nazir bəzilərinin xəzinənin ictimai məqsədlər üçün istifadə edilməsi təkliflərini rədd edir. O, xəzinənin məbədə aid olduğunu və orada qalmalı olduğunu deyib.

Hindu olmayanlar məbədə buraxılmır. 6 metr dərinlikdə məbədin adını daşıyan Sri Padmanabaha Svaminın qızıldan heykəli var. Onun digər adı isə Vişnudur ki, hindu dilində “mühafiz” deməkdir.

İstər yağış olsun, istərsə də qızmar günəş Svami Dorqanand Sarasvati adlı ruhani 25 ildir məbədə hər gün gəlir. Nə onun, nə də digər ruhanilər üçün sərvətin kimə məxsus olduğu sual doğurmur. Saravati sərvətin ilahiyə - Padmananbha Svamiyə məxsus olduğunu deyir.

Vaxtilə məbədi Hindistanın bu bölgəsinə başçılıq edən Travankor kral ailəsi idarə edib. Bu ailənin varislərindən biri Martanda Varma sərvətin tapıldığı yerdə qalmalı olduğunu deyib. Travankor kral ailəsi 1750-ci ildə rəsmi olaraq özünü Radmanabhanın qulluqçusu elan edib və sonradan təsisiçini rəsmi idarəçi elan edib.

Kerala Şurasının Tarixi Araşdırmalar şöbəsinin vitse-prezidenti, professor Pakikkar ictimaiyyətə öz keçmişini bilməsi üçün xəzinəni görməsinə icazə verilməli olduğunu deyib. “Bu dövlətin zəngin bir irsidir. Bu, dini irs deyil, mən buna dünyəvi irs kimi baxıram. Hesab edirəm ki, hər kəs bunu görməlidir.”- deyə o, bildirir.

Ali Məhkəmə isə bu sərvətdən necə istifadə ediləcəyi yollarını araşdırır.

XS
SM
MD
LG