Accessibility links

Çin hipersonik raketləri sınaqdan keçirir [Təhlil]


ABŞ-ın Hərbi Qvvələrinin sınaqdan keçirdiyi X-51 hipersonik raketi
ABŞ-ın Hərbi Qvvələrinin sınaqdan keçirdiyi X-51 hipersonik raketi

Hipersonik raket səs sürətindən beş dəfə yüksək sürətə çata bilmək qabiliyyətinə malikdir

Daha müasir silah inkişaf etdirmək səylərinin bir hissəsi olaraq, Çin son 18 ayda dörd hipersonik raketi sınaqdan keçirib.

Hipersonik raket səs sürətindən beş dəfə yüksək sürətə çata bilmək qabiliyyətinə malikdir.

Mövcud dəlillər hazırda Çinin hipersonik silah imkanlarının Birləşmiş Ştatlardan daha az inkişaf etdiyinə dəlalət edir. Lakin bu demək deyil ki, Çin bunu sürətli inkişaf edib ABŞ-ı geridə qoya bilməz
Ceyms Akton

Çin yeni hipersonik raketi sınaqdan keçirdiyini ən son iyunun 9-da təsdiqləyib, lakin rəsmi Pekin rekord sürətlə nüvə döyüş başlığı daşıyan bu raketləri “tamamilə elmi məqsədlə” sınaqdan keçirdiyini və heç bir ölkəni hədəf almadığını deyib.

Birləşmiş Ştatlar, Rusiya və Hindistan da düşmən raketlərinin qarşısını almaq, kosmosu müdafiə etmək və silahların sürətli şəkildə çatdırılmasını təmin etmək məqsədilə hipersonik raketlər inkişaf etdirir.

Çinin Birləşmiş Ştatlara çata bilməsi narahatlıq doğurur

Çinin sınaqlarından birinin uğursuz alınmasına və ölkənin hələ də raket texnologiyaları sahəsində Birləşmiş Ştatlardan geri qalmasına baxmayaraq, Çin hipersonik qabiliyyətini sürətlə inkişaf etdirir və gələcəkdə Birləşmiş Ştatları ötə bilər.

Hipersonik raket
Hipersonik raket

“Mən qeyd etmək istərdim ki, mövcud dəlillər hazırda Çinin hipersonik silah imkanlarının Birləşmiş Ştatlardan daha az inkişaf etdiyinə dəlalət edir. Lakin bu demək deyil ki, Çin bunu sürətli inkişaf edib ABŞ-ı geridə qoya bilməz,”-deyə Karneqi Beynəlxalq Sülh Fondunun Nüvə siyasəti proqramının baş elmi işçisi Ceyms Akton bildirib.

ABŞ ordusu hipersonik raketləri 2010-cı ildən bəri sınaqdan keçirir və ən son uğurlu sınaq iki il öncə baş tutub. Gələn 5-10 il ərzində hipersonik raketlərin hərbi silah arsenalına daxil olacağı gözlənilir, bu isə Birləşmiş Ştatların hərbi ballistik imkanlarını artıracaq.

ABŞ Hərbi Hava Qüvvələrinin Tədqiqat Laboratoriyasının baş texnologiya zabiti Morli Ston deyir ki, hipersonik imkanları inkişaf etdirmək səyləri davam edəcək.

“Biz bilirik ki, bizim daha sürətli silahlara ehtiyacımız var. Bu isə o deməkdir ki, biz hipersonik imkanlarımızı inkişaf etdirməliyik.”

Biz bilirik ki, bizim daha sürətli silahlara ehtiyacımız var. Bu isə o deməkdir ki, biz hipersonik imkanlarımızı inkişaf etdirməliyik
Ceyms Akton

Lakin Ceyms Akton deyir ki, Birləşmiş Ştatların hipersonik imkanlar sahəsində irəlidə olmasına baxmayaraq, Çinin hipersonik silahları ABŞ üçün böyük təhlükə yarada bilər, “çünki texniki baxımdan böyük əraziləri hipersonik silahlardan qorumaq mümkün deyil.”

ABŞ Konqresi hipersonik silahlardan xəbərdardır

Son illər Birləşmiş Ştatlar Konqresi də Çinin hipersonik texnologiyaları inkişaf etdirməsi və ABŞ-ın bu sahədə geri qala bilməsi ilə bağlı narahatlığını ifadə edib.

ABŞ rəsmiləri isə hələ də ümid edirlər ki, ABŞ-ın hipersonik raketlər kimi daha üstün sürətli hücum imkanları potensial düşmənlərin ölkəyə hücum etməsinin qarşısını ala biləcək.

Dünyaya Baxış

Dünyaya Baxış. "Meydan TV"nin jurnalisti həbsdə qaldı
please wait

No media source currently available

0:00 0:10:58 0:00
XS
SM
MD
LG