Accessibility links

Hirkan Milli Parkında yanğın başlayıb


Avqustun 7-də Hirkan Milli Parkının (Bakıdan 317 kilometr cənub) yüksək dağlıq ərazisində yanğın baş verib. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, yanğının söndürülməsi üçün əraziyə Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin yerli qurumlarının əməkdaşları cəlb olunub. Yüksək dağlıq ərazidə baş verən yanğının söndürülməsi üçün mümkün olan bütün vasitələrdən, əsasən əl əməyindən istifadə edilir.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi havaların çox isti keçməsi ilə əlaqədar əhalini bir daha təbiətdə olarkən odla ehtiyatlı olmağa, biçin zamanı yanğın təhlükəsizliyi normalarına riayət etməyə, söndürülməmiş siqaret kötüklərini ətrafa atmamağa, yanğın təhlükəsizliyi qaydalarına əməl etməyə çağırır.

Hirkan Milli Parkı Azərbaycanın cənubunda, Lənkəran və Astara inzibati rayonlarının ərazisində yerləşir. Ərazisi 40 358 hektardır.

XS
SM
MD
LG