Accessibility links

Bu gün Yaponiyada Hirosima nüvə hücumunun ildönümü qeyd edilir. Bombanın düşdüyü Sülh Parkına minlərlə insan toplaşıb.

Hadisə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Avqustun 6-ı Birləşmiş Ştatların Yaponiyanın Hirosima şəhərinə atom bombası atmasından 72 il keçir.

Hücum 140 minə yaxın insan həyatı bahasına başa gəlib.
Naqasaki şəhərinə atılan ikinci atom bombasının partlayışı şəhərin təxminən 70 min sakininin ölümünə səbəb olmuşdu.

Vaşinqton hücumların İkinci Dünya Müharibəsinin sona çatmasını sürətləndirmək üçün zəruri olduğunu bildirmişdi. Naqasakidə bomba hücumundan altı gün sonra Yaponiyanın təslim olması ilə müharibə sona çatmışdı.

Hirosimanın “bir də heç vaxt” çağırışı Şimali Koreyanın nüvə silahına yaxınlaşması problemini daha da qabardıb. Bu kommunist ölkəsinin ardıcıl raket sınaqları beynəlxalq gərginliklırin artmasına səbəb olub.

XS
SM
MD
LG