Accessibility links

Yaponiyada Xirosima faciəsi qurbanlarının xatirəsi anılıb


Yaponiyada Xirosimaya atom bombası salınmasının 68-ci ildönümü 50 mindən artıq insan bir araya gələrək, faciənin qurbanlarının xatirəsini anıb.

Yaponiyanın baş naziri Şinzo Abe ölkəsinin nüvə silahları istehsalına son qoyulması sahəsində əvəzsiz rol oynadığını deyib. “Biz yaponlar nüvə hücumunun tarixi qurbanlarıyıq. Dünyanı nüvəsiz məkana çevirmək bizim məsuliyyətimizdir. Dünyaya nüvə silahlarının qeyri-insani olduğunu çatdırmaq bizim borcumuzdur.”

Xirosimo şəhərinin meri Kazumi Matsui nüvə silahlarını bəşəriyyətə zidd silah və şər adlandırıb.

1945-ci ilin avqust ayının 6-da Amerikanın Xirosimaya atom bombası atması 14 min insanın ölümünə səbəb olmuşdu. 3 gün sonra Naqasakiyə atılan daha bir bomba 70 min insanın həyatına son qoymuşdu.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG