Accessibility links

İngilis dilinin tarixi - dil necə yaranıb və dünya dilinə necə çevrilib



Müasir dövrümüzdə ingilis dili siyasi danışıqlar və biznes dilinə çevrilib. Əsas elmi və tibbi araşdırmarlar da ingilis dilində aparılır. Beynəlxalq razılaşmalara əsasən, təyyarələrdə işləyən bələdçilər ingilis dilini bilməlidir. Cənubi Amerika və Avropa məktəblərində ən çox tədris olunan dil ingilis dilidir. Filippində və Yaponiyada uşaqlar ingilis dilini ən kiçik yaşlarından öyrənməyə başlayırlar. İngilis dili Britaniya, Kanada, Birləşmiş Ştatlar, Avstraliya və Cənubi Afrika daxil olmaqla, yetmiş beşdən çox ölkənin rəsmi dilidir.

Müxtəlif dillərin danışıldığı ölkələrdə insanların bir-biri ilə ünsiyyətini təmin etmək üçün çox vaxt ingilis dili rəsmi dövlət dili kimi çıxış edir. Hindistan buna yaxşı misaldır. İngilis dili 24 müxtəlif dilin hər birlində bir milyondan artıq insanın danışdığı bu ölkədə hamı üçün ümumi dildir.

İngilis dilinin kökləri haradan gəlir? Nə üçün bu dil bu qədər populyar bir dil olub? Bu suallara cavab vermək üçün beş min il bundan əvvəl cənub-şərqi Avropada Qara dənizdən şimal bölgələrə tarixi ekskurs etməliyik.

Ekspertlər bu bölgədəki insanların proto-hind-Avropa dilində danışdığını söyləyir. Bu dil artıq mövcud deyil və buna görə də mütəxəssislər onun nə cür səsləndiyini bilmir. Amma Avropa dillərinin çoxunun əsasında məhz proto-hind-Avropa dili durur. Buraya qədim yunan, alman və latın dilləri daxildir. Latın dili danışıq dili kimi artıq mövcud deyil. Lakin müasir ispan, fransız və italyan dillərinin kökü latın dilində glir. Qədim alman dili holland, Danimarka, alman, norveç, isveç və ingilis dilinin formalaşmasına gətirib çıxarmış dillərdin birinin əsasını təşkil edir.

İngilis dili bir neçə yüz il bundan əvvəl Britaniya adasının istilaları nəticəsində yaranmışdır. İşğalçılar Avropanın şimal sahilləri boyu ərazilərdə məskunlaşmışdı.

İlk istilalar min beş yüz il bundan əvvəl anqllar tərəfindən həyata keçirilmişdi. Anqllar İngilis kanalını (La Manş) keçən german tayfalarının üzvləri idi. Sonradan Britaniyaya daha iki tayfanın üzvləri keçdi. Bunlar saksonlaryutlar idi. Bu qruplar Britaniyada bir neçə min il yaşayan keltlərlə qarşılaşdı. Keltlər və işğalçılar arasında müharibə başladı. Bu savaşlarda keltlərin böyük əksəriyyəti öldü, ya da qula çevrildi. Bəziləri sonradan Uels adlandırılan yerlərə köçdü. Uzun illər ərzində saksonlar, anqllar yutların danışdığı dillərin qarışığı nəticəsində anqlosaks, ya da qədim ingilis dili təşəkkül tapmışdır.

Qədim ingilis dilini başa düşmək olduqca çətindir. İngilis dilinin bu qədim formasında yazı nümunələrini yalnız bəzi ekspertlər oxuya bilir. Bu dövrdən bir neçə yazı nümunəsi qalıb. Bu, qəhrəman krala həsr olunmuş “Beovulf” poemasıdır. Tədqiqatçılar peomanın 7-8-ci əsrlərə aid olduğunu bildirir. Poemanın müəllifinin kim olduğu məlum deyil.

Təxminən min yüz il bundan əvvəl Britaniya yenidən, bu dəfə şimaldan vikinqlər tərəfindən istila edilir. Danimarka, Norveç və başqa şimal ölkələrindən gələn vikinqlər ticarət yollarını genişləndirmək və qul bazarları tapmaq istəyirdi. Onlar bəzi bölgələrdə güclənərək, müvəqqəti bazalar yaratmışdı. Lakin sonradan bu bazaların bir hissəsi gücləndirilib daimi məskunlaşma məntəqələrinə çevrilmişdi. Vikinqlər Britaniyada da məskunlaşmışdı. İngilis dilində bu gün mövcud olan bir sıra sözlər vikinqlərdən alınmışdır. Məsələn, “sky”(səma), “leg”(ayaq), “egg” (yumurta), “crawl”(sürünmək), “lift”(qaldırmaq) və “take” (götürmək) kimi sözlər şimal xalqlarının qədim dillərindən gəlir.

1066-cı ildə isə Britaniya daha bir istilaya məruz qalmışdı. Tarixdə bu Norman İşğalları adlanır. Bu işğallara İstilaçı Vilyam başçılıq edirdi. Normanlar Fransanın şimalında Normandiyadan çıxmışdılar. Onlar Britaniyanın hökmdarları olmuş və bir neçə yüz il ərzində fransızca danışmışlar. O zaman ən mühüm dillərdən biri hesab edilən fransız dilində savadlı adamlar danışırdı. Adi insanların dili isə əvvəlki kim qədim ingilis dili olaraq qalırdı.

Qədim ingilis dilində fransız dilindən bir çox söz götürülüb. Məsələn, “damage”(zərər), “prinson”(həbsxana) və “marriage”(evlilik) kimi sözlər ingilis dilinə fransız dilindən gəlib. İngilis dilində qanunlar və hökumətə aid bir sıra sözlər də normanların danışdığı fransız dilindən gəlib. Bu sözlərə “jury”( jüri), “parliament”( parlament) və “justice”(ədalət,ədliyyə) kimi sözləri göstərmək olar.

Norman hökmdarlarının istifadə etdiyi fransız dili səkkiz yüz il bundan əvvəl insanların danışdığı ingilis dilinə böyük təsir göstərib. Ekspertlər dilin tarixində bu dövrü Orta ingilis dili adlandırır. Zaman keçdikcə normanlar artıq əsl fransız dilində danışa bilmirdi. Onların işlətdiyi dil fransız və orta ingilis dilinin qarışığından ibarət idi.

Orta ingilis dili müasir ingilis dilinə oxşayır, lakin onu indi başa düşmək çox çətindir. O dövrdən bir çox yazılı abidə qalmışdır. Lakin həmin dövr ingilis ədəbi dilinin ən görkəmli əsərin 1400-cü illərdə Londonda yaşamış şair Ceffri Çoser tərəfindən yazılmış mənzum “Kenterberri hekayələri” hesab edilir. Əsər Kenterberri şəhərinə səfər edən müxtəlif insanların dilindən söylənilən şerlər toplusu şəklində yazılıb.

İngilis dili mütəxəssisləri Ceffri Çoseri ingilis dilində yazan ilk ən böyük şair adlandırır. Onlar Çoserin “Kenterberri hekayələri”nin o dövr Britaniyada yaşayan insanların həyatının əsl mənzərəsini yarada bildiyini deyir.

Sonrakı dövrlər Orta ingilis dili inkişaf edərək müasir ingilis dilinə çevrilir. Növbəti yazı bu mövzuya həsr ediləcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG