Accessibility links

''Hitler qayıdır''


''Hitler qayıdır''
please wait
Embed

No media source currently available

0:00 0:01:37 0:00

''Hitler qayıdır''

''Hitler qayıdır'' və ''Hitler xalqla birlikdə'' şüarları ilə Yanqar şəhəri ətrafında seçki kampaniyası aparan yerli siyasətçi Hitler Alba növbəti müddətə şəhərin bələdiyyə başçısı olmaq niyyətindədir.

Alba atasının ona ad qoyarkən Adolf Hitlerin kim olduğunu bilmədiyini söyləyir. Adın hansı mənaya gəldiyini öyrəndikdən sonra atası əvvəlcə Albanın adını dəyişdirmək istəsə də, sonradan oğlunun adının Hitler qalmasına qərar verib.

"Bu ad 80-ci illərdə yayılmağa başladı və beləliklə mənim də adımı Hitler qoydular. Onlar həqiqi Hitler adının arxasında dayanan hekayəni bilmirdilər. Bir qədər vaxt keçdikdən sonra atam əsl Hitlerin kim olduğunu öyrənsə də adı elə bu cür saxlamaq qərarına gəldi.'' - deyə, Hitler Alba bildirib.

Nasist diktatoru Adolf Hitlerin ideyalarını rədd etdiyini vurğulayan Alba bildirib ki, əksər əhalinin əkinçiliklə məşğul olduğu Perunun Andes şəhərində ədalətli və şəffaf hökümət görmək istəyir.

Lakin Albanın kampaniyası bu il qonşu rayon sakini Lenin Vladimir Rodriqes Valverde tərəfindən tənqidlərə məruz qalıb. O Albanın namizədliyini dayandırmağa çalışıb.

Seçki orqanları isə bu ayın əvvəlində Leninin tələbini rədd edərək, Hitlerin 7 oktyabr seçkilərinə namizədliyini qeydə alıb.

Peru və digər Latın Amerikası ölkələrində valideynlər adların xaricdə neqativ səslənməsinə baxmayaraq tez-tez öz uşaqları üçün xarici və ekzotik adlar seçir. Məsələn, keçən Perunun gənclərdən ibarət futbol komandasını Osama Vinladen adlandırıblar.

Amerika İcmalı

Amerika İcmalı - 24 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:28:23 0:00
XS
SM
MD
LG