Accessibility links

Hizbulla lideri vətəndaş müharibəsinə dair xəbərdarlıq edir


Hizbulla lideri Seyid Həsən Nəsralla cümə günü Livan prezidentinin və hökumətinin istefasını tələn edən genişmiqyaslı etirazların ölkəni xaosa və “Allah eləməmiş” vətəndaş müharibəsinə sürükləyə biləcəyi barədə xəbərdarlıq edib.

“Biz nə prezidentin, nə hökumətin devrilməsini, nə də erkən parlament seçkilərinin keçirilməsinin tərəfdarıyıq,” deyə Nəsralla bildirib.

Həsən Nəsrallarının bəyanatı etirazçılarla Hizbulla militantları arasında toqquşmalardan sonraya təsadüf edir.

Etiraz dalğasını "misilsiz" iqtisadi islahatlara nail olduğuna görə alqışlayan Hizbulla lideri deyib ki, Livan indi irəli getməli və təhlükəli qüvvə boşluğunun yaranmamasına çalışmalıdır.

Keçən cümə günü iqtisadiyyatı talan etdiyini deyərək, hökumətin istefası tələbi ilə Livan boyu küçələrə çıxan on minlərlə qəzəbli insan yolları bağlayıb və təkərləri yandırıb.

Livanda illərdən bəri keçirilən ən irimiqyaslı etirazlar ölkənin müxtəlif təriqətlərinə mənsub olan insanları küçələrə çıxarıb.

Müsəlman və ya xristian olmasından asılı olmayaraq, ölkənin bütün siyasi liderləri tənqidlərə məruz qalıb.

Bundan əvvəl görünməmiş bir hadisə də baş verib - şiə etirazçılar Livanın nüfuzlu Hizbulla və ölkənin cənubundakı Amal hərəkatından olan deputatların ofislərinə hücum ediblər.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG